Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” 2018-ci il martı ayında Giresun şəhərində imzalanmış Anlaşma Memorandumunu təsdiq edib.
Bundan başqa, dövlət başçısı “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında sərhəd nümayəndələrinin/sərhəd komissarlarının fəaliyyəti haqqında” sazişi təsdiq edib.
O cümlədən, İ.Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında şəxsi heyətin mübadiləsinə dair” protokolu, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət Mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında” sazişi təsdiq edib.
Eyni zamanda, prezident “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında” sazişi, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında” sazişi, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” sazişi, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında strateji tərəfdaşlıq üzrə mayın 21-də Bakıda imzalanmış Birgə Fəaliyyət Planını təsdiq edib.
Həmçinin, İ.Əliyev “Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasında ekstradisiya haqqında” sazişi təsdiq edib.
Öncə Milli Məclis tərəfindən qeyd olunan sənədlər ratifikasiya olunub. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Netanyahunun ofisi: İsrail atəşkəslə bağlı HƏMAS ilə danışıqlar masasına qayıdacaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İllik cəmi 5% kredit ilə biznesinizə parlaq dəstək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət