Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti özünün “Ulduzum” proqramının partnyorları ilə əməkdaşlığa verdiyi yüksək dəyərin ifadəsi olaraq onları növbəti dəfə mükafatlandırdı.
Şirkət abunəçilərinə geniş çeşiddə xidmətlər, unikal fürsətlər və endirimlər təklif etməklə yanaşı, “Ulduzum” partnyorlarını da daim diqqət mərkəzində saxlayır.
2016-cı ildən etibarən müxtəlif xidmət və satış mərkəzlərində bu loyallıq proqramının “səfiri” rolunu oynayan partnyor şəbəkəsinin üzvləri üçün xüsusi stimullaşdırıcı proqram həyata keçirilir. Proqram iştirakçıları hər dəfə “Ulduzum”dan istifadə edərkən qazandıqları xalları xüsusi internet portalında hədiyyələrə dəyişə bilirlər. Beləliklə, 133 partnyorun müştərisi olan 900-dən artıq insan bu proqram vasitəsilə “Bakcell”dən dəyərli hədiyyələr qazanıb.
Bundan əlavə, stimullaşdırıcı proqrama qoşulanlar xüsusi kampaniyada iştirak edərək Dubaya səyahət, iPhone smartfonu və digər xüsusi hədiyyələr qazanmaq şansı əldə ediblər.
Nəticədə, FLO ayaqqabı dükanları şəbəkəsinin nümayəndəsi Tahir Uzunalov kampaniyanın əsas prizi olan Dubaya səyahət paketi əldə edib. Səyahət paketinə viza, təyyarə biletləri, otel xərcləri, səyahət sığortası və Birləşmiş Ərəb Əmirliklərində interaktiv turlar daxildir.
“Partnyor şəbəkəsinin nümayəndələri üçün təşkil olunmuş bu gözəl kampaniyaya görə Bakcell şirkətinə və “Ulduzum” proqramına dərin təşəkkürümü bildirirəm. Bu kampaniya göstərir ki, “Ulduzum” təkcə müştərilərin yox, proqramın bütün tərəfdaşlarının qayğısına qalır”, deyə Tahir Uzunalov bildirib.
“FLO mağazalar şəbəkəsi 2016-cı ildən etibarən “Ulduzum” istifadəçiləri üçün xüsusi endirimlərdən yararlanmaq imkanını təmin edir. FLO mağazalarının müştəriləri bizim “Ulduzum”la əməkdaşlığımızdan çox məmnundular. Bu əməkdaşlıq sayəsində biz müştəri loyallığının gözəçarpan dərəcədə artırılması və çoxlu yeni müştərilərin əldə edilməsinə nail olduq”, deyə FLO mağazalar şəbəkəsinin Brend Meneceri Əkbər Adıgözəlov bildirib.
Bu günə kimi Bakcell abunəçilərinin 3 milyona yaxını 250-dən artıq “Ulduzum” tərəfdaşının təqdim etdiyi xidmətlərdən yararlanmaq üçün bu proqrama qoşulub. Bu prorqam Bakcell abunəçilərinə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərinin və proqramın tərəfdaşları olan şirkət müştərilərinin sadiqliyini təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda belə ən yaxşı müştəri xidməti göstərən proqramlardan biridir. Ulduzum barədə daha ətraflı məlumat www.ulduzum.az ssəhifəsində əldə oluna bilər.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.
Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.
7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”). 2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət