Ankara Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. “Anadolu” agentliyinin məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Türkiyə bütün platformalarda və istənilən şəraitdə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir”, - M.Çavuşoğlu İstanbulda Azərbaycan və Gürcüstan XİN başçıları Elmar Məmmədyarov və David Zalkaliani ilə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Türkiyə rəhbərliyi bütün beynəlxalq tədbirlərdə “buna xüsusi diqqət ayırır”.
M.Çavuşoğlu qeyd edib ki, XİN başçıları üçtərəfli və ikitərəfli görüşlərdə əməkdaşlıq məsələlərini müzakirə ediblər. O vurğulayıb ki, tərəflər Türkiyə, Azərbaycan və Gürcüstan liderlərinin üçtərəfli sammitində qəbul olunan qərarların uğurla reallaşdırılması, həmçinin energetika, nəqliyyat, əmək, müdafiə və digər nazirlərin üçtərəfli formatda fəaliyyətindən məmnunluq ifadə ediblər.
Nazir bu yaxınlarda Türkiyə, Azərbaycan və Gürcüstan nümayəndələrinin iştirakı ilə TANAP qaz kəmərinin istifadəyə verilməsi mərasiminin baş tutduğunu xatırladıb.
“TANAP və TAP qaz kəmərlərinin istifadəyə verilməsi ilə regiondan qaz Avropa ölkələrinə tədarük olunacaq. Həmçinin, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verlməsi üç ölkə arasında ticarətin inkişafına şərait yaradıb”, - XİN başçısı vurğulayıb.
M.Çavuşoğlu bildirib ki, Türkiyə bütün platformalarda Azərbaycanı və Gürcüstanın Avroatlantik məkana inteqrasiyasını dəstəkləyir.
“Ümid edirəm ki, Bakı EXPO-2025 Ümumdünya sərgisinə ev sahibliyi etmək hüququnu əldə edəcək”, - türkiyəli nazir əlavə edib. **
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət