Bakı, Ankara və Tehran nəqliyyat sahəsində əməkdaşlığın inkişafına tərəfdardır.
“Beynəlxalq tranzit dəhlizləri üzərində coğrafi cəhətdən əlverişli yerləşən üç ölkənin tranzit potensialından daha da yararlanmaq və beynəlxalq tranzit sisteminə daha yaxşı inteqrasiya etmək üçün nəqliyyat infrasturukturunun inkişafı sahəsində əməkdaşlığı dəstəkləyirik”, - deyə Azərbaycan, İran vəTürkiyə xarici işlər nazirlərinin İstanbulda baş tutan üçtərəfli görüşününyekunları üzrə qəbul olunmuş bəyannamədə bildirilir.
Nazirlər üç ölkə arasında bağlılığı artırmaq üçün geniş miqyaslı layihələrin əhəmiyyətini vurğulayaraq Bakı-Tbilisi-Qars dəmir yolunun təqdim etdiyi və hər üç ölkə üçün faydalı olacaq potensialdan tam istifadə etməyi təşviq ediblər.
Bəyannamədə qeyd olunur ki, beynəlxalq birləşmiş nəqliyyat regional ticarətin mütəmadi olaraq genişləndirilməsini asanlaşdıran vasitələrdən biridir və üçtərəfli ticarətin təşviqi tələblərindən irəli gələrək səmərəli, iqtisadi və effektiv intermodal nəqliyyat xidmətlərinin inkişafının stimullaşdırılmasına ehtiyac var.
Nazirlər, həmçinin enerji sahəsində kommersiya əməkdaşlığının genişləndirilməsi istəklərini ifadə ediblər.
Tərəflər iqtisadi əməkdaşlığı möhkəmləndirməyə, sərmayə və ticarətin təşviqi üçün mövcud imkanlardan istifadə etməyə və bərpa olunan enerji, nəqliyyat, sərhəd və gömrük, bank işi, telekommunikasiya, sənaye, kənd təsərrüfatı, turizm və ətraf mühit kimi sahələrdə birgə layihə və proqramların həyata keçirilməsi yolu ilə əməkdaşlığın genişləndirilməsinə razılaşıblar.
Bundan başqa, üç ölkənin biznes dairələri arasında yeni imkanların yaradılması və iqtisadi və ticarət münasibətlərinin daha da gücləndirilməsi üçün Üçtərəfli Biznes Forumun yaradılmasını təşviq ediblər, kiçik və orta sahibkarlar arasında iqtisadi və kommersiya əməkdaşlığının daha da yaxşılaşdırılmasını dəstəkləyiblər.*
B.Rüstəmbəyov
Əliyev Tokayevi Azərbaycana səfərə dəvət edib
Putin Paşinyanla ikitərəfli əməkdaşlığı və Qarabağı müzakirə edib
Azərbaycan və Türkiyə 2024-cü ilə qədər səhiyyə sahəsində Əməkdaşlığa dair Yol Xəritəsi imzalayacaq
Azərbaycanda son sutkada COVID-19-a yoluxma qeydə alınmayıb
Yanvar-aprel aylarında Azərbaycanda əczaçılıq məhsullarının satışı 19% artıb
Yevlaxda avtomobil yolunun tikintisi üçün AAYDA-ya 2,1 milyon manat ayrılıb
Əliyev Zəngilanın kənd təsərrüfatı və turizm potensialını təhlil etməyi tapşırıb
2021- ci ildə Yelo Bank planlaşdirdiğından daha yüksək nəticəyə nail olub
Özbəkistan Azərbaycanla enerji sahəsində dialoqa açıqdır
«Yelo Bank tərəfindən verilən kreditlərin 63%-i biznesin dəstəyinə yönəlib»
Agent bankçılıq Qəbələdə fəaliyyətə başlayır
Bakı Ali Neft Məktəbində Xalq şairi Ramiz Rövşənin poeziya gecəsi
“NeoKartla qazan!” lotereyasının ikinci tirajının qalibləri müəyyənləşdi!
İyunun əvvəlində Bakı Enerji Forumu keçiriləcək