"AccessBank" 2018-ci ilin üçüncü rübünə dair maliyyə nəticələrini açıqlayıb.
İlin ilk yarısı ilə müqayəsədə üçüncü rübdə bankın aktivləri 1,04% artaraq 836,456 mln. manata çatıb. Hesabat dövründə bankın kredit portfeli 2,93% artaraq 518,478 mln. manat təşkil edib.
Oktyabr ayının 1-nə bankın depozit portfeli 3,1% artaraq 464,025 mln. manat olub. Ümumilikdə bankın öhdəlikləri 780,455 mln. manata çatıb ki, bu da 1,25% artımdan xəbər verir.
Bankın ani likvidlik əmsalı 95,08% təşkil edir ki, bu da normadan (30%) 3,16 dəfə çoxdur. Başqa sözlə, bankda kifayət qədər likvid vəsait mövcuddur.
Hesabat dövründə bankın faiz gəliri kəskin artım nümayiş etdirib. Belə ki, bu göstərici 50,57% artaraq 65,331 mln. manat təşkil edib. Bununla yanaşı, xalis faiz mənfəəti 54,85% artaraq 25,972 mln. manata çatıb.
Bankın gəlirləri 62,1% artaraq 18,499 mln. manat olub.
Maliyyə göstəricilərini şərh edən "AccessBank"ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib: "Sevindirici haldır ki, bankın əksər maliyyə göstəriciləri artım nümayiş etdirməkdədir. Bilirsiniz ki, depozit portfelimizdəki artım bir növ ənənə halını alıb və biz əmanətini bizə etibarən edən hər bir müştərimizə təşəkkür edirik. Mən kredit portfelindəki artıma da xüsusilə toxunmaq istərdim. İqtisadiyyatdakı canlanma maliyyə sektoruna və xüsusilə onun onurğa sütununu təşkil edən bankların fəaliyyətinə də müsbət təsirini göstərir. Biz əhalinin və biznesin kreditə olan tələbatının artmasını müşahidə edirik və inanıram ki, bu artım davamlı olacaq. Qeyd edim ki, "AccessBank"ın nizamnamə kapitalının artırılması prosesi son mərhələdədir. Bu amillər bizə qədəm qoyduğumuz yeni dövrdə daha da möhkəmlənməyə imkan verəcək".
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət