Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi AzerTelecom şirkətinin rəhbər şəxsləri 26-29 oktyabr tarixlərində Bakıda “İnnovasiya Həftəsi” çərçivəsində Heydər Əliyev Mərkəzində keçirilmiş “Global İnfluencer Day” təbirində spiker və ekspert-moderator qismində iştirak etməkdən məmnunluğunu bildirib.
Belə ki, tədbirin rəsmi hissəsinin spikeri AzerTelecom şirkətinin Korporativ Ünsiyyət üzrə rəhbəri Ceyhun Əli olub. Tədbir çərçivəsində Blokçeyn texnologiyaları mövzusunda təşkil olunmuş panel müzakirəsi AzerTelecom şirkətinin Kommersiya məsələləri üzrə baş direktoru, Blokçeyn sahəsində mütəxəssis Samir Nuriyev tərəfindən aparılıb və bu texnologiya haqqında ətraflı məlumat verilib. Samir Nuriyev Blokçeyn texnologiyasının iqtisadiyyatın müxtəlif sahələrdə istifadəsi, texnologiyanın üstünlükləri, Azərbaycanda bank sferasında Blokçeyndən istifadə barədə danışıb. Panel müzakirələrində iştirak edən qonaqlar – respublikamızda müxtəlif aparıcı bankların rəhbərləri öz növbələrində Blokçeynin ölkəmizdə tətbiqi ilə bağlı ətraflı məlumat veriblər, müxtəlif təkliflər səsləndiriblər.
“Global İnfluencer Day” tədbiri Google, Facebook, Oculus, Gezimania, Vispera, Vogue, Booking.com, Joi və digər dünya miqyasında tanınmış şirkətlərin nümayəndələrini, influencer, biznes və brend sahiblərini Bakıda bir araya toplayıb. Tanınmş spikerlər influencer marketinq, data marketinq, elektron kommersiya və Blokçeyn texnologiyası və digər sahələr barədə faydalı fikir mübadiləsi aparıblar. Tədbirdə həmçinin süni intellekt (AI) əsasında hazırlanmış humanoid robot Sofia da çıxış edib.
Qeyd edək ki, “Global İnfluencer Day” tədbiri "Keepface DMCC" və "FA International Trade Events" tərəfindən təşkil olunub.
AzerTelecom Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətidir. Şirkət internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), VoİP xidməti, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.
Radev Bolqarıstanda daxili siyasi öhdəliklər səbəbindən Azərbaycana səfərini təxirə salıb
Bayramov Knyazevə Aİ-Ermənistan-ABŞ müştərək konfransı ilə bağlı Azərbaycanın mövqeyini ifadə edib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Netanyahunun ofisi: İsrail atəşkəslə bağlı HƏMAS ilə danışıqlar masasına qayıdacaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət