Azərbaycan qazı Bolqarıstanın tələbatının təxminən 30%-ni ödəyəcək. Bunu Bolqarıstanın energetika naziri Temenujka Petkova deyib.
“Şahdəniz” yatağından Bolqarıstana illik 1 mlrd. kubmetr qaz tədarükünə dair “Bulgargaz” və SOCAR arasında müqavilə enerji sahəsində prioritetlərimizin reallaşdırılması məqsədilə əsas önəm kəsb edir. Bolqarıstan hökuməti qonşu dövlətlərlə sistemlərarası qaz birləşmələrinin inşası vasitəsilə qaz tədarükünün şaxələndirilməsi üçün fəal səy göstərir”, - T.Petkova Sofiyada keçirilən iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Bolqarıstan Hökumətlərarası komissiyanın V iclasında qeyd edib.
Onun sözlərinə görə, bu layihələr arasında “reallaşdırılması artıq dönməz olan” Yunanıstan-Bolqarıstan interkonnektoru əsas əhəmiyyət kəsb edir. Nazir xatırladıb ki, qaz kəməri 2020-ci ildə istifadəyə veriləcək. Bu dövrdə həm də Azərbaycan qazının ilk tədarükü gözlənilir. “Azərbaycan qazı Bolqarıstanın qaz tələbatının təxminən 30%-ni ödəyəcək, bu da ölkənin enerji təhlükəsizliyini mühüm dərəcədə artıracaq”, - T.Petkova vurğulayıb.
Həmçinin nazir qeyd edib ki, Bolqarıstanın qazlaşdırılmasında SOCAR-ın iştirakı Azərbaycanla qarşılıqlı səmərəli əməkdaşlığın dərinləşməsinə imkan yarada bilər.
“Cari ilin əvvəlində Bolqarıstanla Azərbaycan arasında birbaşa reyslərin açılması iki ölkə arasında ticarət əlaqələrini gücləndirib. Eyni zamanda, qarşılıqlı ticarət dövriyyəsinin gələcəkdə artımı üçün böyük imkanlar var. 2017-ci ilin yekunları üzrə ticarət dövriyyəsinin artımı 2016-cı illə müqayisədə 38% təşkil edib”, - T.Petkova bildirib.
İclas çərçivəsində tərəflər həmçinin iqtisadiyyatın digər sektorlarında əməkdaşlıq imkanlarını müzakirə ediblər.
“Bolqarıstan ASK, ərzaq sənayesi, turizm sahələrində çoxillik ənənələrə malikdir və Aİ-nin aparıcı dövlətlərindən biridir. 2018-ci ilin yekunları üzrə ölkədə ÜDM-in artımı 4% səviyyəsində proqnozlaşdırılır. Ölkədə vergilər Aİ-də ən aşağı səviyyədə olanlar sırasındadır, bu da Bolqarıstanı sərmayələr üçün cəlbedici edir”, - nazir bəyan edib. **
N.Abbasova
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət