Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun komandirləri ilə xidməti müşavirə keçirib.
“Müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, eləcə də birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub”, - nazirliyin mətbuat xidmətindən məlumat verilir.
Məlumata əsasən, nazir keçiriləcək komanda-qərargah hərb oyunlarında əsas diqqətin ən yeni, o cümlədən kosmik texnologiyaların tətbiqi ilə qoşunların fasiləsiz idarəedilməsi və qarşılıqlı fəaliyyətin düzgün təşkilinə yönəldilməsini tapşırıb.
“Cəbhə xəttindəki vəziyyətə toxunan Z.Həsənov qoşunların döyüş qabiliyyətinin, şəxsi heyətin döyüşə hazırlıq səviyyəsinin daha da yüksəldilməsinə, nizam-intizama, döyüş növbətçiliyinin təşkili və aparılmasında sayıqlığının artırılmasına, eləcə də qış mövsümünə hazırlıq işlərinin yekunlaşdırlmasına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb”, - məlumatda deyilir.
Xəbər verildiyi kimi, noyabrın 12-də qoşunların əməliyyat hazırlığı çərçivəsində komanda-qərargah hərb oyunları (KQHO) başlayacaq. KQHO-nın əsas məqsədi real şəraitdə keçirilən müxtəlif qoşun əməliyyatlarında idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin səviyyəsinin yoxlanılması və təkmilləşdirilməsidir.
Hərb oyunlarına strateji, əməliyyat, əməliyyat-taktiki və taktiki idarəetmə orqanları, qoşun növ və qismləri, eləcə də xüsusi təyinatlı qüvvələrin cəlb edilməsi nəzərdə tutulur. **
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət