2018-ci ilin oktyabr ayında Azərbaycanda gündəlik neft hasilatı 783 min barel (sentyabrda 796 min barel) olub. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
“Azərbaycanda oktyabr ayı ərzində gündəlik neft hasilatı 783 min barel olub. Bunun 717 min barelini xam neft, 66 min barelini kondensat təşkil edib”, - deyə məlumatda bildirilir.
Bütövlükdə, Azərbaycan OPEC+ razılaşması çərçivəsində neft hasilatının azaldılması ilə bağlı götürdüyü öhdəliyi oktyabrda yerinə yetirib.
Razılaşmaya əsasən, Azərbaycan gündəlik neft hasilatının 35 min barelə endirilərək 834 min barel həcmində saxlanması ilə bağlı öhdəlik götürüb. 2017-ci ildə respublika üzrə gündəlik neft hasilatı 781,9 min barel olub.
Gündəlik neft hasilatı cari ilin yanvar ayında 814,6 min barel, fevral ayında 806 min barel, mart ayında 794 min barel, aprel ayında 785,7 min barel, may ayında 801 min barel, iyun ayında 792 min barel, iyul ayında 773 min barel, avqust ayında isə 774 min barel, sentyabr ayında 796 min barel olub.
Həmçinin, oktyabr ayında gündəlik 627 min barel xam neft, 66 min barel kondensat, 4 min barel isə neft məhsulları ixrac edilib.
Xəbər verildiyi kimi, 2018-ci il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb.
Cari ilin iyunun 23-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 4-cü iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barel artırılması ilə bağlı razılıq əldə olunub.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət