2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda tikinti materiallarının istehsal həcmi 512,1 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 28,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada sement istehsalında 22,1% - 2 mln. 913,1 min tonadək, hazır beton qarışığı istehsalında 2,1 dəfə - 1 mln. 198,1 min tonadək artım qeydə alınıb.
Bundan başqa, işlənmiş mərmər, əhəng daşı, alebastr və onlardan hazırlanmış məmulatların istehsalı 37,5% – 26,387 min tonadək, asfalt istehsalı 90,7% - 245,1 min tonadək, tikinti kərpici istehsalı 6,4% - 251,8 min kubmetrədək artıb.
Bu ilin yanvar-oktyabr aylarında tikinti gipsi istehsalında 51,5% - 40 min tonadək, beton konstruksiya istehsalında 41,2% - 74,6 min kubmetrədək, sement, süni daş və betondan tikinti blokları və kərpic, süni daş və ya beton istehsalında 21,4% - 71,7 min tonadək, tikinti əhəngi istehsalında 10,9% - 24,6 min tonadək azalma qeydə alınıb.*
B.Rüstəmbəyov
2023-cü ildə Türkiyədən Azərbaycana pul köçürmələrinin həcmi 1,3 dəfə artıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
RF XİN Aİ-nin Ermənistanla bağlı vədlərini boş hesab edir
Ərdoğan mayın 9-da ABŞ-a səfər etməyi planlaşdırır
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İllik cəmi 5% kredit ilə biznesinizə parlaq dəstək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət