Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyanın səsləndirdiyi və danışıqlar prosesinə Dağlıq Qarabağın cəlb edilməsi ilə bağlı artıq ifadə etdiyi əsassız fikri təkrar edən bəyanatı münaqişənin onsuz da zəif olan həlli prosesinə xələl gətirir və Ermənistanın Azərbaycana qarşı gücdən istifadə etməsi nəticəsində yaranmış "fait accompli" vəziyyətini möhkəmləndirmək niyyətini nümayiş etdirir. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayevanın açıqlamasında deyilir.
“N.Paşinyanın səsləndirdiyi və danışıqlar prosesinə Dağlıq Qarabağın cəlb edilməsi ilə bağlı artıq ifadə etdiyi əsassız fikri təkrar edən bəyanatı seçkiöncəsi daxili auditoriya üçün nəzərdə tutulsa belə, münaqişənin onsuz da zəif olan həlli prosesinə xələl gətirir və Ermənistanın Azərbaycana qarşı gücdən istifadə etməsi nəticəsində yaranmış "fait accompli" vəziyyətini möhkəmləndirmək niyyətini nümayiş etdirir”, - deyə o bildirib.
Mətbuat katibinin sözlərinə görə, əgər N.Paşinyan münaqişənin həllində maraqlı olsaydı, o, ATƏT-in Minsk qrupunun rəhbərliyi altında aparılan danışıqlar formatına əngəllər yaratmazdı. Bu danışıqlarda isə birbaşa iştirakçılar ATƏM-in (hazırkı ATƏT) 1992-ci il Helsinki Nazirlər Şurasının qərarı ilə açıq şəkildə müəyyən edildiyi kimi Ermənistan və Azərbaycandır.
L.Abdullayeva hesab edir ki, Ermənistan baş nazirinin vəzifələrini icra edən şəxsin əsassız və ziddiyyətli bəyanatları onu göstərir ki, o, erməni xalqı üçün “yaxşı gələcəyin qurulmasında” heç də öz sələfindən irəli gedə bilməyəcək.
“Bu bəyanat həmsədrlərin bölgəyə səfəri zamanı müzakirə edilmiş ikitərəfli görüş ərəfəsində Ermənistanın səmimiliyinə dair şübhələr doğurur”, - deyə o vurğulayıb.*
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət