Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP)sistem bankların məcmu kapitalın adekvatlıq əmsalı və I dərəcəlikapitalın adekvatlıq əmsalına minimal tələblərin artırılması qrafikini təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə MBNP-dən məlumat verilir.
Bu qrafik yeni “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda nəzərdə tutulur. Yeni qaydalar 24 may 2019-cu il tarixindən etibarən qüvvəyə minəcək.
Yeni qaydalarda sistem əmələ gətirən (sistem) bank anlayışı nəzərdə tutulur (bu cür bankların meyarlarını maliyyə tənzimləyicisi müəyyən edir - İF).
Xüsusilə, 1 iyun 2019-cu il tarixindən etibarən sistem bankların məcmu kapitalın adekvatlıq əmsalının minimal səviyyəsi 11%-i, 1 yanvar 2020-ci ildən etibarən – 12% təşkil etməlidir (qalan banklar üçün adekvatlıq əmsalı 10% səviyyəsində qalacaq).
1 iyun 2019-cu il tarixindən etibarən I dərəcəlikapitalın adekvatlıq əmsalın minimal səviyyəsi 5,5%, 1 yanvar 2020-ci ildən etibarən – 6% təşkil etməlidir (qalan banklar üçün 5% səviyyəsində qalacaq).
Sistem bankları anlayışının təbtiqi ilə leverec əmsalına tələblər də dəyişir. Sistem banklarında bu göstərici 5% səviyyəsində qalacaq, qalan banklar üçün – 4%-dək azalır.
Bundan əlavə, qaydalara əsasən, bank aktivləri üzrə risk qruplarının təsnifatında artım nəzərdə tutulur. Yeni qaydalara əsasən, bu ür qrupların sayı 5-dən 8-dək artırılıb: 0%, 20%, 35%, 50%, 75%, 100%, 120% və 150%. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət