Azərbaycan yaxın 5 il ərzində Qafqazda turizm mərkəzinə çevrilməlidir. Bunu Azərbaycan Turizm Bürosunun icraçı direktoru, Turizm üzrə Dövlət Agentliyinin baş məsləhətçisi Florian Zenqstşmid deyib.
"Biz yaxın 5 ildə Azərbaycanı Qafqazda ən cəlbedici turizm mərkəzinə çevirməliyik", - deyə o, bu gün Bakıda Azərbaycan Hotellər Assosiasiyasının I Baş Assambleyasında bildirib.
Onun sözlərinə görə, bunun üçün assosiasiyanın bütün üzvləri səylərini birləşdirməlidir.
"Bu gün rəqabətlilik qlobal əhəmiyyət kəsb edir. Buna görə biz yalnız ayrı-ayrı ölkələrlə rəqabət aparmamalıyıq, həm də dünya səviyyəsində yüksək rəqabətliliyə doğru irəliləməliyik. Bunun üçün hotel biznesində müxtəlif xidmətlərin göstərilmə səviyyəsini təmin etmək lazımdır", - deyə F.Zenqstşmid qeyd edib.
O, Azərbaycan Hotellər Assosiasiyasının yaradılmasının əsas məqsədlərindən birinin hotel biznesi sahəsində fəaliyyət göstərən şirkət və təşkilatların üzləşdikləri problemlərin həllində dəstək göstərilməsi olduğunu diqqətə çatdırıb.
İcraçı direktorun sözlərinə görə, yaxın illərdə agentlik Rusiya, Almaniya, BƏƏ, Hindistan, Səudiyyə Ərəbistanı və Çində nümayəndəliklər açacaq.
«Azərbaycanın turizm potensialının təbliğində turizm sərgilərinin təşkili və bu sərgilərdə iştiraka böyük önəm verilir", - deyə F.Zenqstşmid vurğulayıb. O qeyd edib ki, 2019-cu ildə Azərbaycanın turizm şirkətləri 20-yə beynəlxalq sərgidə iştirak edəcək.
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət