Azərbaycan müasir internet texnologiyalarından istifadə sayəsində bir çox hallarda informasiya müharibəsində Ermənistana qalib gəlir. Bunu Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundov deyib.
"Azərbaycan Ermənistanla informasiya müharibəsində ciddi uğurlar əldə edib. Bir çox hallarda bu, müasir internet texnologiyalarından istifadə sayəsində mümkün olub”, – deyə o, bu gün ingilis dilinə tərcümə olunmuş “Ermənistan və Azərbaycanın alternativ tarixi” adlı sənədli filmin təqdimatı zamanı bildirib.
Daha əvvəl film alman, fransız və erməni dillərinə də tərcümə edilib.
F.Axundov qeyd edib ki, film "dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların və başqa xalqların Azərbaycandan olan nümayəndələrinin arzusu ilə ingilis dilinə tərcümə edilib.
"Dünyanın bütün ölkələrindən müxtəlif rəylər gəlir, çünki azərbaycanlılar həmişə mənim kitablarımın ingilis dilinə və başqa xarici dillərə tərcümə edilməsini xahiş edirlər. Filmin ingilis dilinə tərcümə olunması informasiya məkanının (yalançı erməni alimlərin demək olar ki, 100 il ərzində doldurduğu) uydurma xəbərlərdən və tarixlərdən təmizləməsinə qarşı mübarizəmizdə ciddi addımdır. Düşünürəm ki, bu, dönüş anıdır", - deyə o qeyd edib. Sektor müdiri deyib ki, filmin çəkilişləri zamanı Türkiyənin dövlət arxivlərində saxlanılan sənədlərdən də istifadə olunub.
Onun sözlərinə görə, filmin və kitabların müxtəlif dillərə tərcüməsi nəticəsində dünya ictimaiyyəti Ermənistan-Azərbaycan münaqişəsinin real tarixçəsini bilməyə başlayır. ""Ermənistan və Azərbaycanın alternativ tarixi" filmi onilliklər ərzində fərqli, uydurma tarixin təqdim olunduğu erməni ictimaiyyətinə ünvanlanıb. Biz erməni ictimaiyyətinə bir əsr boyu heç vaxt eşitmədikləri alternativ versiya təklif edirik. Və bu baxımdan internet müsbət rol oynayır", - deyə F.Axundov vurğulayıb.
O vurğulayıb ki, hətta ermənilərin özləri etiraf edirlər ki, informasiya müharibəsində Azərbaycana uduzmağa başlayıblar.
"Bunun üçün erməni tərəfinin çəkdiyi və onun informasiya müharibəsini uduzmasından bəhs edən filmə baxmaq kifayətdir. Təkcə bizim fəallığımız deyil, texnologiya da bunda böyük rol oynayır. İnternetin olmadığı dövrdə Ermənistan sərhədi daxilində hər şey danışmaq mümkün idi. Yeni texnologiyaların yaranması erməni ictimaiyyətinin obyektiv informasiyadan təcrid edilməsinə mane olur və imkan vermir ki, onlar təkcə uydurma xəbərlər alsınlar. İnformasiya müharibəsinin əsas uğuru məhz bundadır", - deyə F.Axundov bildirib. O əlavə edib ki, internet sayəsində onun müəllifi olduğu "Saxtakarlıqları ifşa edənlər” adlı kitabın elektron versiyasını milyonlarla istifadəçi oxuyub.
Sektor müdirinin sözlərinə görə, "Ermənistan və Azərbaycanın alternativ tarixi" filmində erməni dövlətinin monoetnik xarakterinə xüsusi diqqət ayrılır. "Qafqaz polietnik regiondur, burada hətta qonşu kəndlərin sakinləri müxtəlif dillərdə və dialektlərdə danışırlar. Və Ermənistanın polietnik Azərbaycan, Türkiyə, Gürcüstan və İranın əhatəsində yeganə monoetnik dövlət olması faktı bir çox suallar doğurur. Biz Yaponiya və İslandiyadan danışdıqda, onların polietnikliyi izah edilə biləndir, çünki bu ölkələr hər tərəfdən dənizlə əhatə olunub. Qafqazda isə Böyük İpək Yolu keçirdi və bu regionda monoetnik dövlətin mövcudluğu anormal haldır", - deyə o qeyd edib.
F.Axundov vurğulayıb ki, monoetnik Ermənistan bu ölkənin Azərbaycan əhalisinin məruz qaldığı etnik təmizləmə siyasəti sayəsində monoetnik dövlət olub.
O əlavə edib ki, Ermənistanın bugünkü ordusunda dövlət siyasətinin elementi olan nasizm çiçəklənir. "XX əsrin ortalarında Almaniyada və İtaliyada nasizmin qəti qələbə qazana bilmədiyi bir vaxtda, bu gün nasizm və faşizm Ermənistanda qalib gəldi. Hitler Almaniyanı monoetnik dövlətə çevirməyə müvəffəq olmadı, hərçənd o, bunu çox istəyirdi. Ermənistan isə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti sayəsində belə dövlətə çevrildi. Bu ölkədən hətta rusları və başqa xalqların nümayəndələrini də çıxartdılar. Bu gün Adolf Hitlerin erməni əlbiri Qaregin Njdenin abidəsi faşizmə qarşı vuruşmuş sovet marşalı Baqramyanın abidəsi ilə müqayisədə İrəvanın görkəmli yerində ucaldılıb", - deyə o vurğulayıb.
Onun sözlərinə görə, Ermənistanda 2 mindən çox Azərbaycan toponimi dəyişdirilib. “Hitler Almaniya şəhərlərinin adlarını dəyişə, abidələri məhv edə bilmədi. Ermənilər isə Ermənistanda yaşayan bütün başqa xalqları qovdu, Azərbaycanın mədəni və tarixi abidələrini, İrəvan qalasını məhv edərək, təkcə bir müsəlman məscidini saxladılar. Ermənilər 2 min toponimin adını dəyişiblər. Dünyada bütün toponim və hidronimlərin dəyişdirildiyi başqa belə bir ölkə yoxdur", - deyə F.Axundov qeyd edib.*
R.Babayev
Azərbaycan bankları bu gün valyuta hərracında $94,6 milyon cəlb edib
Azərbaycan və Türkmənistan sığorta sahəsində əməkdaşlığın qurulması ilə bağlı razılığa gəlib
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət