2018-ci ilin əvvəlindən Rusiyadan 800 mindən çox turist Azərbaycana səfər edib. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Bu il, düzdür il hələ ki, başa çatmayıb, artıq 800 mindən çox rusiyalı. Rusiyalılar davamlı olaraq birinci yer qərarlaşıblar”, - İ.Əliyev çərşənbə axşamı “XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi - “Bakutel-2018”-də “Rossiya-24” telekanalına müsahibəsində bildirib.
Prezident qeyd edib ki, son iki il ərzində Azərbaycana turist axınında artım müşahidə olunub: 2016-ci ildə - 22%, 2017-ci ildə - 20%. “Bu ilin göstəricisini hələlik bilmirik, lakin yenə də artım olacaq. Turistləri ilk növbədə burada özlərini hiss etdikləri şərait cəlb edir. Rusiyalılara gəlincə isə, düşünürəm ki, onlar özlərini evdəki kimi hiss edirlər. Burada dil maneəsi yoxdur, onlara çox yaxşı münasibət göstərilir, ümumi tariximiz də mühüm rol oynayır. Turistlərin Azərbaycana hansı səbəbdən səfər etməli olduqları barədə çox danışa bilərəm. Düşünürəm ki, rusiyalılar məni duyarlar. Mən məmnuniyyətlə onları ölkəmizə səfərə dəvət edirəm. Biz hər zaman onları görməyə şadıq”, - dövlət başçısı vurğulayıb.
İ.Əliyev əlavə edib ki, Azərbaycan hökumətinin əsas vəzifəsi – neftin qiymətinin dünya konyukturasından asılı olamayaraq, ölkə iqtisadiyyatının davamlı inkişafı məqsədilə qeyri-neft sektorunun inkişaf etdirməkdir. “Bu səbəbdən, qeyd olunan istiqamətdə çox iş görülür, biznes üçün yaxşı şəraitin yaradılması məqsədilə infrastruktur layihələr həyata keçirilir. Layihələrin əksəriyyəti biznesin təşviqi, sahibkarala yardım ilə əlaqədardır. Bütövlükdə, Azərbaycanda investisiya və biznes mühiti yaxşılaşır. Dünya Bankının son məlumatlarına görə, “Doing Business”in hesablamalarına əsasən, Azərbaycan 25-ci yerdədir. Bir il əzrində biz 32 pillə irəliləmişik və bu gün biznesin aparılması imkanları üzrə aparıcı ölkələr sırasındayıq”, - prezident qeyd edib.
Prezident Azərabycanda iqtisadi artımın səviyyəsinə uyğun olaraq və demoqrafik artımı nəzərə alaraq, daimi iş yerlərinin yaradılması zərurətini qeyd edib. “Biz çalışmalıyıq ki, həyata gələn hər bir vətəndaş 20-30 ildən sonra işlə təmin olunsun”, - İ.Əliyev əlavə edib. **
A.Əzizov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət