Bakı Moskvadakı səfirliyi vasitəsilə Rusiya-Ermənistan “Lazarev klubunun” ilk iclasızamanı Rusiyanın vəzifəli şəxslərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə əngəl törədən bəyanatları ilə əlaqədar narazılığını bildirib.
30 noyabr-1 dekabr tarixlərində Yerevanda “Lazarev klubunun” birinci iclası keçirilib.
"Təşkilatçılar tərəfindən Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələrinin iclasa dəvət olunması, həmçinin iclas zamanı K.Zatulin, V.Kazimirov, V.Yevseyev və digər şəxslərin səsləndirdikləri Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı açıq hücum xarakteri daşıyan fikirləri Bakı və Moskva arasında mövcud olan yüksək səviyyəli əməkdaşlığa xələl gətirmək məqsədi güdür”, - XİN-nin məlumatında deyilir.
Nazirlikdə əmindirlər ki, K.Zatulinin səsləndirdikləri onun Dövlət Dumasının müvafiq komitə rəhbərinin birinci müavini statusuna uyğun gəlmir və MDB çərçivəsində əməkdaşlığın inkişafı maraqlarına ziddir.
“V.Yevseyevin çıxışı isə tamamilə cəfəngiyyatdır və MDB çərçivəsində əməkdaşlıq ruhuna zərbədir. Nəhayət, “Lazerev klubu”nun iclasının ümumi tonu Rusiya Federasiyası da daxil olmaqla, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair danışıqlar prosesinin irəli aparılması səyləri ilə ziddiyyət təşkil edir”, - məlumatda qeyd olunur.
“Azərbaycan tərəfi bu faktla bağlı narazılığını Rusiya Federasiyasındakı səfirliyi vasitəsilə Rusiya XİN-nin diqqətinə çatdırıb", - məlumatda vurğulanır.
Məlumatda qeyd edilir ki, özünü ictimai diplomatiyanın yeni formatı qismində təqdim edən “Lazarev klubu”nun əsas təşəbbüskarlarından və təşkilatçılarından biri, hazırda Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitə sədrinin birinci müavini vəzifəsini tutan Konstantin Zatulindir. Həmçinin iclasda Rusiya XİN-in Veteranlar Şurasının keçmiş sədri Vladimir Kazimirov, MDB ölkələrinin institutunun direktor müavini Vladimir Yevseyev iştirak ediblər. İclasa Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələri dəvət olunublar. **
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət