Ermənistan YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsindən Azərbaycana hücumlar etmək üçün platforma kimi istifadə edir. Bunu Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini, Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə deyib.
"YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında erməni tərəfinin qeyri-konstruktiv davranışı müxtəlif ölkələrin nümayəndə heyətləri tərəfindən çox pis qarşılandı", - deyə o, bu gün bildirib.
Şöbə müdirinin sözlərinə görə, Azərbaycan tərəfinin “Çövkən - ənənəvi Qarabağ atüstü oyun ənənələrinə” dair milli hesabatının təqdimatı zamanı Azərbaycan ərazisinin işğalı haqqında çox danışılması Ermənistan tərəfinin xoşuna gəlməmişdi. Hesabatda Azərbaycan ərazisinin işğalı, bunun nəticəsində isə Azərbaycan xalqının üzləşdiyi çətinliklər haqda məlumatlar yer almışdı. Bütün bunlar Ermənistan nümayəndə heyətinin narazılığına səbəb olmuş və onlar tədbiri pozmağa cəhd göstərmişdilər. Onlar, həmçinin “Yallı, (Köçəri, Tənzərə) Naxçıvanın ənənəvi qrup rəqsləri”nin YUNESKO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsi zamanı da narazılıq bildirmişdilər. Onun təqdimatı prosesində Azərbaycan tərəfi sessiya iştirakçılarına Ermənistanın həyata keçirdiyi blokada nəticəsində Naxçıvanın üzləşdiyi çətinliklər barədə məlumat verilib. Erməni nümayəndə heyəti bu faktı da aqressiv şəkildə qarşılayıb", - deyə V.Eyvazzadə qeyd edib.
O deyib ki, Yallı regional rəqsdir və bununla əlaqədar Azərbaycan onun regional mənsubiyyətini qeyd edib. "Beləliklə, biz mədəniyyətlərarası dəyərlərə hörmətimizi nümayiş etdirdik və sənəddə rəqsin müxtəlif adları göstərilmişdir", - deyə Mədəniyyət Nazirliyinin nümayəndəsi vurğulayıb.
Onun sözlərinə görə, ermənilər, həmçinin Dədə Qorqud dastanının da YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsinə mane olmağa çalıblar. "Sessiyanın yekunları üzrə siyahıya daxil edilən "Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi”nin Azərbaycanla bilavasitə coğrafi əlaqəsi var və ermənilərin narazılığı da məhz bununla bağlı idi", - deyə V.Eyvazzadə qeyd edib.
Şöbə müdiri əlavə edib ki, erməni tərəfinin təxribatı nəticəsində Çövkən oyunu ilə bağlı hesabat üzrə səsvermə 7 bəndin hər biri üzrə ayrı-ayrı keçirilib.
"2020-ci ilədək biz daha bir milli elementi təşkilatın Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilməsi üçün YUNESKO-ya təqdim etməyə hazırlaşırıq", - deyə V.Eyvazzadə bildirib. O, söhbətin hansı elementdən getdiyini açıqlamayıb.
"Erməni tərəfinin tədbiri siyasiləşdirmək cəhdləri YUNESKO komitəsinin konvensiya və nizamnaməsinə uyğun deyildi", - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, YUNESKO üzrə Milli Komissiyanın baş katibi Elnur Sultanov bildirib.
Onun sözlərinə görə, Azərbaycan YUNESKO-da böyük nüfuza malikdir.*
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət