2019-cu il yanvarın 3-dən“Azercell Telekom” MMC-nin Gürcüstan və Türkiyə üçün rouminq xidmətində mobil internet tarifləri artırılır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“Gələn il yanvarın 3-dən Gürcüstan və Türkiyə üçün rouminq xidmətində mobil internet tarifləri 80% artaraq həm fakturalı, həm də fakturasız (SimSim) xətt abunəçiləri üçün 0,99 manat (daha əvvəl Türkiyə və Gürcüstanda mobil internet xidmətinin hər meqabaytına görə xidmət haqqı 0,55 manat idi) təşkil edəcək”, - deyə məlumatda bildirilir.
Bundan başqa, “Azercell” 2019-cu il yanvarın 8-dən «Hər Yerə», «Socar» və «Dövlətcell» tarif paketləri üçün hesablaşma intervalında dəyişiklik edəcək.
«Belə ki, «Hər Yerə» tarif paketi üçün hesablaşma intervalı 30 saniyə (əvvəllər 15 saniyə), «Socar» və «Dövlətcell» tarif paketləri üçün isə 15 saniyə (əvvəllər 1 saniyə) təşkil edəcək», - deyə məlumatda qeyd olunur.
“Azercell Telecom” MMC 1996-cı il yanvarın 19-da təsis edilib. Şirkət ölkə ərazisinin 99,8%-ni əhatə edir, abunəçilərinin ümumi sayı isə 4,5 mln.-dan çoxdur.*
Ə.Məmmədov
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət