Hesablama Palatası Bakı şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin maliyyə fəaliyyətində bir sıra çatışmazlıqlar aşkar edib.
Palata tərəfindən müəssisənin 2017-ci il ərzində maliyyə-təsərrüfat fəaliyyətinin auditi həyata keçirilib. Palatanın məlumatında qeyd olunur ki, audit yoxlaması ilə əhatə edilən vəsaitin ümumi həcmi 8,6 mln. manat təşkil edib.
“Yoxlama nəticəsində müəyyən olunub ki, müəssisə tərəfindən tərtib edilmiş Bakı şəhəri küçələrinin işıqlandırılması üzrə işıq nöqtələrinin dislokasiyası Bakı şəhəri İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilməyib, genişmiqyaslı yenidənqurma və abadlıq işlərinin aparılması ilə bir çox küçə və prospektlərdə işıq nöqtələrinin sayında dəyişikliklər baş versə də istismarı planlaşdırılan işıq nöqtələrinin sayı təxmini hesablamalarla müəyyənləşdirilib, 2017-ci il üzrə vəsaitə tələbat hesablanarkən büdcə vəsaiti hesabına alınmış və anbarda olan illik xərclərin 64%-ni təşkil edən mal-materiallar nəzərə alınmayıb”, - Palata qeyd edir.
Bundan əlavə, 29 ədəd nəqliyyat vasitəsinə normadan artıq yanacaq silinib, avtoqəza və digər qəzalar zamanı işıq dirəklərinə dəymiş ziyana görə müxtəlif mənbələrdən ödənilmiş vəsait xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə xərclənib.
O cümlədən aşkar olunub ki, 2017-ci ilin yanvar-aprel aylarında 14 halda dövlət satınalmaları tətbiq edilmədən müxtəlif icraçılardan birbaşa bağlanılmış müqavilələrə əsasən mal-materialların alışı həyata keçirilib
Hesablama Palatasının Kollegiyası Müəssisənin Əsasnaməsi ilə fəaliyyəti arasındakı uyğunsuzluqların həll edilməsi, istismarı planlaşdırılan işıq nöqtələrinin dislokasiyasının tərtib olunması, təsərrüfat gəlirləri hesabına maliyyələşdirilməli olan xərclərin büdcə vəsaiti hesabına ödənilməsi hallarına yol verilməməsi, həmçinin hüquq pozuntusuna yol vermiş vəzifəli şəxslərin qanunvericiliyiklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə müvafiq tədbirlərin görülməsi üçün qərarın surəti “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinə göndərilib. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət