“Çovdar” yatağından qızıl və gümüş hasilatından “AzerGold” QSC-nin gəlirləri 230 mln. manat təşkil edib. Bu barədə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bəyan edib.
“İndiyədək “Çovdar” yatağından 105 min unsiya qızıl və 155 min unsiya gümüş hasil olunub. Nəticədə, cəmiyyətin gəlirləri 230 mln. manat təşkil edib”, - Z.İbrahimov cümə günü “Sənayedə təbii resurslardan səmərəli istifadə edilməsi” mövzusunda tədbirdə bildirib.
Onun sözlərinə görə,”Çovdar” yatağından açıq mədən üsulu ilə işlənməsi metodu ilə 210 min unsiya qızıl və 345 min unsiya gümüş hasilatı planlaşdırılır. “Bunun nəticəısində gəlirlərin həcmi 450 mln. manat təşkil edəcək”, - o qeyd edib.
Z.İbrahimov vurğulayıb ki, yatağın işlənməsinin ikinci mərhələsi (yeraltı) daha 350 min unsiya qızıl və 1,2 mln. insiya gümüş hasil etməyə imkan yaradacaq. “Nəticədə, gəlirlərin həcmi 500 mln. manat təşkil edəcək”, - o vurğulayıb.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Çovdar filiz emalı sahəsi Daşkəsən rayonunun şimal hissəsində yerləşən, məxsusi və kompleks qızıl yataqları olan bir sahədir. Sahədə Çovdar qızıl yatağı daxil olmaqla, 30 məxsusi qızıl, 20 az sulfidli mis-qızıl, 50 mis-polimetal təzahür və minerallaşma nöqtələri məlumdur.
2021-ci ildə yatağın yeraltı istismarına başlanılması planlaşdırılır.
Öncə Daşkəsən rayonunda “Çovdar” yatağının sənaye ehtiyatları 44,61 ton qızıl və 164,25 ton gümüş həcmində qiymətləndirilir.
** B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət