“Bakı Metropoliteni” QSC Xətai stansiyasında tikinti işlərinin satınalınmasına dair altı müqavilə imzalayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə QSC-dən məlumat verilir.
“3 dekabr 2018-ci il tarixində “Bakı Metropoliteni” metronun yaşıl xəttində Xətai stansiyasında 1 mln. 131 min 192,02 manat ümumi məbləğində təmir-tikinti işlərinin satınalınmasına dair tenderin qalibləri ilə müqavilələr imzalayıb. Tender 6 lot üzrə elan olunmuşdu”, - QSC-dən qeyd ediblər.
“Caspinox” MMC Xətai stansiyası üçün metro tipli qapıların və paslanmayan metaldan müxtəlif təyinatlı metal-konstruksiyaların (maneələr, tavan, döşəmə, növbətçi üçün köşk və s.) quraşdırılması işlərinin satınalınmasına dair tenderin qalibi olub. Şirkətlə imzalanan müqavilənin dəyəri 268 min 741,98 manat təşkil edib.
O cümlədən, “Caspinox” stansiyada üçün aliminium qapı, pəncərə, vitraj və s quraşdırılması işlərini həyata keçirəcək. Bu xidmətlərin dəyəri 139 min 817,07 manatdır.
Stansiyanın (maşın zalında, inzibati və s otaqlarda) kondisioner sisteminin quraşdırılması işlərinin həyata keçirilməsi üzrə lotun qalibi “Farmcond” MMC şirkəti olub. Müqavilənin dəyəri 233 min 576,85 manat təşkil edir.
Stansiyada (maşın zalında, yarımstansiyada, inzibati və s otaqlarda) havalandırma işlərini “Alten” MMC şirkəti həyata keçirəcək. Müqavilənin dəyəri 208 min 930,9 manatdır.
Stansiyada santexnika işlərini “SMT İnşaat” MMC həyata keçirəcək. Müqavilənin dəyəri 144 min 126,66 manat təşkil edir.
Xətai stansiyasının girişində günlüyün ( kozeroqun) quraşdırılması işləri ilə “Parket House” MMC məşğul olacaq. Şirkətlə 135 min 990,16 manat məbləğində müqavilə imzalanıb.
Xəbər verildiyi kimi, sentyabrın 27-dən etibarən “Bakı Metropoliteni” QSC-nin“Xətai” stansiyası təmir-bərpa və quraşdırma işləri ilə əlaqədar bağlanır.
Həmçinin təmir-bərpa işləri zamanı istismar müddəti başa çatan eskalatorlar yeniləri ilə əvəzlənəcək. Bundan əlavə, stansiyanın köhnəlmiş qurğu və avadanlıqları müasir tələblər səviyyəsinə çatdırılacaq, stansiyanın yerüstü vestibülünün döşəmə və divar üzlükləri yenilənəcək.
Bütün təmir-bərpa və quraşdırma işlərinin gələn ilavuqstun 10-dabaşa çatdırılması nəzərdə tutulub "Xətai" stansiyası 1968-ci ildə istismara verilib. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət