Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin baş planının hazırlanması işlərinin satın alınması üçün tədarükçü seçir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Komitədən məlumat verilib.
Seçim açıq tender üsulu ilə keçirilir.
Tenderdə iştirak haqqı 850 manatdır ($500).
Təklif dəyərinin 1%-i həcmində bank təminatı ilə müşayiət olunan tender təklifləri 18 fevral 2019-cu il tarixinədək qəbul olunur.
Tender proseduru 2019-cu il fevralın 19-da baş tutacaq.
Xəbər verildiyi kimi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin baş planının hazırlanması işinin təşkilinə “The Boston Consulting Group” şirkətini cəlb edib. Müqavilənin dəyəri 1 mln. 285 min avro təşkil edir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “The Boston Consulting Group” şirkəti ilə birgə Bakı şəhərinin baş planının hazırlanması işinin iki mərhələdə təşkil edilməsini planlaşdırır.
Birinci mərhələdə paytaxt ilə bağlı bugünədək hazırlanmış bütün şəhərsalma və ərazi planlaşdırılması sənədlərinin, o cümlədən “Böyük Bakının Regional İnkişaf Planı” və “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı” layihələrinin təhlil edilməsi nəzərdə tutulur. Bu mərhələdə mövcud layihələrin aktuallığı yoxlanılacaq, şəhər infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı ehtiyaclar qiymətləndiriləcək, habelə bu sahədə ən uğurlu dünya təcrübəsi və ölkənin inkişaf prioritetləri nəzərə alınaraq Bakının inkişaf konsepsiyası işlənəcək.
İkinci mərhələdə komitə “The Boston Consulting Group” şirkəti ilə birgə birinci mərhələdə müəyyənləşdirilmiş tələblər əsasında nüfuzlu şəhərsalma, memarlıq, mühəndislik şirkətlərini və aidiyyəti ekspertləri əməkdaşlığa cəlb etməklə paytaxtın baş planının işlənməsi prosesini davam etdirərək yekunlaşdırılmasını planlaşdırır.
Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti dövlət orqanları ilə razılaşdırıldıqdan və ictimai müzakirələr aparıldıqdan sonra Bakı şəhərinin baş planının təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunması nəzərdə tutulur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq baş plan təsdiq olunduqdan sonra 20 il ərzində qüvvədə olacaq.**
Ə.Məmmədov
9 ay ərzində Rusiyaya səfər turizmi üzrə Azərbaycan 4-cü yerdədir
“Avalon-12” Qəbələdə 3 milyon manata Uşaq Bərpa Mərkəzi inşa edəcək
Azərbaycan prezidenti Naxçıvan Dövlət Universitetinə yeni rektor təyin edib
İranda zəlzələ nəticəsində xəsarət alanların sayı 500 nəfəri ötüb
Deputat Kalaşnikov: Ermənistan Rusiyadan digər ölkələrə tədarük olunmayan silah alır
2020 AccessBank üçün mənfəət ilidir
Azərbaycanın sığorta sektoru: kəmiyyət inkişafından keyfiyyət inkişafına keçid
AzerTelecom və KOBİA əməkdaşlıq edəcək
“Yeni ilə iPhone ilə” kampaniyası davam edir
SOCAR-ın Heydər Əliyev adına NEZ-in modernizasiyası ölkəmizin ekoloji durumunu yaxşılaşdıracaq
Gələn ilin yazında Azərbaycanda II Argus Neft Sammiti keçiriləcək
Dekabrda Bakıda IV “İnnovasiyalar zamanı 2019” Forumu keçiriləcək