Energetika Nazirliyi 2019-cu ilin II rübündə “Bərpa olunan enerji mənbələri haqqında” qanun layihəsinin hazırlanmasını başa çatdrmağı planlaşdırır. Bu barədə energetika nazirinin müavini Samir Vəliyev cümə günü jurnalistlərə bildirib.
“Biz alternativ və bərpa olunan enerji mənbələri sahəsinin gələcək inkişafını yeni sərmayələr hesabına görürükş. Bunun üçün bu sahəni investorlar üşün cəlbedici etmək lazımdır. Bununla əlaqədar hazırda normativ-hüquq bazasının formalaşması və özəl sektor üçün güzəştli tariflər və digər təşviqedici mexanizmlıərin tətbiqini nəzərdə tutan sənədlərin hazırlanması prosesi gedir. Gələn ilin aprel-may aylarında rübündə “Bərpa olunan enerji mənbələri haqqında” qanun layihəsinin hazırlanması prosesinin başa çatdırılması planlaşdırılır”, - S.Vəliyev qeyd edib.
O, həmçinin məlumat verib ki, qanunvericiliyin təkmilləşdirilməsi ilə yanaşı, nazirlik xəritələr tərtib edir və alternariv və bərpa olunan enerji mənbələri sahəsində güclərin yaradılması məqsədilə daha artıq cəlbedici yerləri müəyyənləşdirir.
Alternativ və bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov öz növbəsində məlumat verib ki, yaxın illərdə Azərbaycanda alternariv və bərpa olunan enerji mənbələri sahəsində 420 MeqaVatt gücündə stansiyaların yaradılması layihələrinin reallaşdırılması planlaşdırılır. Bunun 350 MeqaVatt gücü – külək enerjisi, 50 MeqaVatt gücü - günəş enerjisi və 20 MeqaVatt gücü - bioenerji istehsal edəcək alternativ güclərin payına düşür.
“Hazırda Azərbaycanda alternariv və bərpa olunan enerji mənbələri sahəsində müəyyən olunan güc 1274 MeqaVatt təşkil edir. Bunun 63 MeqaVatt gücü – külək enerjisi, 33 MeqaVatt gücü - günəş enerjisi, 1140 MeqaVatt gücü – hidroenerji, 38 MeqaVatt gücü – biokütlənin payına düşür”, - o məlumat verib.
C.Məlikovun sözlərinə görə,Azərbaycanın alternariv və bərpa olunan enerji mənbələri sahəsinin ümumi iqtisadi potensialı 26,940 min MeqaVatt gücündə qiymətləndirilir. Bunun 23,04 min MeqaVatt gücü – günəş enerjisi, 3 min MeqaVatt gücü – külək enerjisi, 520 MeqaVatt gücü – hidroenerji, qalanı – termal enerji və biokütlənin payına düşür. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət