2018-ci ilin noyabr ayında Bakının avtomobil bazarında orta qiymət 42,152 min manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə axşamı “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov məlumat verib.
Onun sözlərinə görə, əvvəlki ayla müqayisədə avtomobil bazarında orta qiymət 12,22% bahalaşıb.
Ekspert qeyd edib ki, bu ilin noyabr ayında cəmi 1,729 min avtomobil satışa çıxarılıb.
“Oktyabr ayı ilə müqayisədə avtomobil bazarında təkliflər portfeli 2,26% azalıb. Satışa çıxarılan avtomobillərin böyük hissəsi, yəni 87,39%-i benzin mühərrikli avtomobillər olub. Dizel mühərrikli avtomobillər portfelin 12,61%-ni təşkil edib. Avtomat sürət qutusu ilə olan avtomobillərin payı 75,77%, mexaniki sürət qutusu olan avtomobillərin payı isə 24,23% təşkil edib”, - N.İbrahimov bildirib.
Onun sözlərinə görə, noyabr ayında bazardakı avtomobillərin orta yürüş göstəricisi təxminən 150,39 min kilometr (azalma 13,61%) təşkil edib. Avtomobillərin orta yaşı 11,61 il olub ki, bu da cari ilin oktyabr ayının göstəricisi ilə müqayisədə 0,05% çoxdur.
Ekspert əlavə edib ki, bazarda təklif olunan avtomobillərin orta illik köhnəlmə dərəcəsi 7,48% təşkil edib.
“Eyni zamanda, yaşı 5 ilədək olan avtomobillərdə bu göstərici 8,95%, 5 ildən 10 ilədək olan avtomobillərdə 8,39%, 10 ildən 15 ilədək olan avtomobillərdə 7,29%, 15 ildən 20 ilədək olan avtomobillərdə 4,01%, 20 ildən 25 ilədək olan avtomobillərdə isə 3,69% təşkil edib”, - N.İbrahimov bildirib.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət