Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (AREA) Abşeron yarımadasında iki elektrik stansiyasının tikinti layihəsini hazırlayıb. Layihələrə ümumi investisiyalar 229,1 mln. manat hcmində qiymətləndirilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilir.
“Birinci layihə Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində 500 hektar sahədə külək genaratoru ilə hibrid tipli elektrik stansiyasının tikintisini nəzərdə tutur. Layihə 154,4 mln. manat həcmində qiymətləndirilir. Reallaşdırılma müddəti – 36 aydır. Maliyyələşdirilmə mexanizmi və layihənin xərcinin çıxarılması müddəti hələlik dəqiqləşdirilməyib”, - hökumətdən qeyd ediblər.
Bu layihənin icrası illik 27,9 mln. kubmetr qaza qənaət eməyə və atmosferə buraxılan karbon qazının həcmini 47,9 min ton azaltmağa imkan yaradacaq.
Bundan əlavə, AREA Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində 180 hektar sahədə külək stansiyasının tikintisi layihəsini hazırlayıb. “Layihə ilkin olaraq 74,7 mln. manat həcmində qiymətləndirilir. Reallaşdırılma müddəti – 36 aydır. Lakin layihənin xərcinin çıxarılması müddəti və maliyyələşdirilmə mexanizmi hələlik dəqiqləşdirilməyib”, - hökumətdən bildiriblər.
AREA-nın hesablamalarına əsasən, Lökbatan Külək Elektrik Stansiyasının tikintisi illik 17,6 mln. kubmetr qaza qənaət eməyə və atmosferə buraxılan karbon qazının həcmini 31,4 min ton azaltmağa imkan yaradacaq. **
N.Abbasova
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət