2018-ci ilə Azərbaycana 2, 85 mln. əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib. Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.
“2018-ci ildə Azərbaycana 2 mln. 845 min 697 əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib. 2017-ci illə müqayisədə artım 6% təşkil edir”, - V.Hüseynov bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ötən il 740,841 min əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb. 41,03 min nəfərə müvəqqəti, 3,22 min nəfərə daimi yaşama icazəsi verilib.
V.Hüseynov bildirib ki, 2018-ci ildə 6,162 min əcnəbiyə Azərbaycanda iş icazəsi verilib.
“Ötən il 85 nəfər Azərbaycan vətəndaşı vətəndaşlıq hüququnu itirib", - DMX rəisi vurğulayıb.
Onun sözlərinə görə, 2018-ci ildə DMX tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı 19,21 min qərar qəbul edilib.
“Xidmətə vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı 27,509 min müraciət daxil olub. Xarici ölkələrdən Azərbaycana 464 vətəndaşın readmissiyası həyata keçirilib", - V.Hüseynov bildirib.
O, həmçinin Azərbaycanda qaçqın statusu əldə edən vətəndaşların sayında artım olduğunu qeyd edib.
“Azərbaycanda 78 nəfər qaçqın statusu ilə yaşayır, bu da bir il öncə olan göstəricidən 16% çoxdur. Onlardan 5 nəfəri Liviyadan, 28 nəfər Əfqanıstandan, 2 nəfəri Pakistandan, 43 nəfəri isə İrandan olan şəxslərdir", - DMX rəisi vurğulayıb. **
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət