Operativ məlumatlara əsasən, 2018-ci ildə Azərbaycanın dövlət büdcəsinin kəsiri 307 mln. manat təşkil edib. Bunu maliyyə naziri Samir Şərifov deyib.
“2018-ci ildə dövlət büdcəsinin gəlirləri 22 mlrd. 412 mln. manat təşkil edib, bu da proqnoza nisbətən 262 mln. manat çoxdur. Dövlət büdcəsinin xərcləri 22 mlrd. 719 mln. manat təşkil edib və 98,4% icra edilib. Dövlət büdcəsinin kəsiri 951 mln. manat proqnoza qarşı faktiki olaraq 307 mln. manat təşkil edib (xərclərə nisbətən 1,35% - İF)”, - S.Şərifov cümə günü prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirib.
Onun sözlərinə görə, qeyri-neft sektoru üzrə büdcə daxilolmaları 9 mlrd. 10 mln. manat təşkil edib, plan 102,4% icra edilib, 2017-ci illə müqayisədə artım 4,4% təşkil edib.
Nazir vurğulayıb ki, 2018-ci ildə Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7 mlrd. 418 mln. manat və yaxud 100,5%, 2017-ci ilə nisbətən 6,4% çox icra edilib.
Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə 3 mlrd. 434 mln. manat və ya proqnoza nisbətən 244 mln manat çox vəsait daxil olub. Bu 2017-ci illə müqayisədə 31,6% çoxdur.
Dövlət əmlakının özəlləşdirilməsindən daxiolmalar 101,2 mln. manat təşkil edib. Qalan gəlirlər ARDNF-dən transfertlər və digər daxiolmaların payına düşüb.
Nazir qeyd edib ki, 2018-ci ildə dövlət büdcəsi xərclərinin 31,7%-i və ya 7 mlrd. 197 mln. manatı sosialyönlü xərclərin payına düşür ki, bu da 2017-ci illə müqayisədə 7,6% çoxdur.
Hesabat ili ərzində kənd təsərrüfatı sahəsində çalışanlara 370 mln. manat məbləğində subsidiya və güzəştlər verilib. Ölkənin qeyri-neft məhsullarının ixracının təşviqi və stimullaşdırılması proqramı çərçivəsində sahibkarlara dövlət büdcəsindən 15 mln. manat məbləğində ixrac təşviqləri ödənilib.
“Hesabat ilində sosial, fiziki infrastruktur və digər investisiya təyinatlı layihələrin maliyyələşdirilməsi üçün dövlət investisiya proqramı hesabına 5 mlrd. 64 mln. manat və Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu hesabına 301 mln. manat – cəmi 5 mlrd. 365 mln. manat vəsait sərf edilib”, - nazir qeyd edib.
S.Şərifov əlavə edib ki, 2018-ci ildə dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclərə 2 mlrd. 260 mln. manat vəsait ayrılıb. **
A.Əzizov
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət