OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsi 2019-cu ilin fevral ayında Bakıda neft hasilatının azaldılmasına dair sövdələşmənin bazara təsirini müzakirə edəcək. Bunu BƏƏ-nin energetika naziri Süheyl əl-Mazrui deyib.
«OPEC+ Nazirlər Komitəsi fevralda Azərbaycanda keçirilməsi gözlənilən iclasda OPEC və qeyri-OPEC ölkələri arasında razılaşdırılmış neft hasilatının azaldılması tempinə sadiqliyi nəzərdən keçirəcək», - deyə o, “Emirates News Agency”yə müsahibəsində bildirib.
Nazir qeyd edib ki, görüşdə nazirlər tələb və təklif arasında balansın təmin edilməsi üçün neft istehsalının azaldılmasının neft bazarlarına təsirini müəyyən edəcəklər.
Daha əvvəl Azərbaycanın Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri, energetika nazirinin müşaviri Zəminə Əliyevanın verdiyi məlumata görə, OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası 2019-cu ilin fevral-mart aylarında Bakıda keçiriləcək. Görüşün dəqiq tarixi razılaşdırılacaq.
2018-ci il dekabrın 7-də imzalanmış sazişə əsasən OPEC üzvləri neft hasilatını sutkada 800 min barel, kartelə daxil olmayan ölkələr isə 400 min barel azaldır. OPEC ölkələri neft hasilatının 2,5%, qeyri-OPEC ölkələri isə 2% azaldılması ilə bağlı öhdəlik götürüb. Saziş 2019-cu ilin aprel ayında nəzərdən keçirilmə mümkünlüyü ilə yarım il müddətinə uzadılıb.
Bu saziş çərçivəsində Azərbaycan gündəlik hasilatın 2,5% və ya 20 min barel - 776 min barelədək azaldılması ilə bağlı öhdəlik götürüb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət