Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan mütəşəkkil şəbəkənin üzvləri ifşa edilib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Qaradağ rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan mütəşəkkil şəbəkənin üzvləri rayon polis idarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ifşa edilib”, - deyə məlumatda bildirilir.
Faktla bağlı 5 nəfər - Ruslan Məlikov, Nurlan Məmmədyarov, Nəzrin Fərzullazadə, Elman Əlverdiyev və Vüsal Əzizov saxlanılıblar.
Saxlanılan şəxslərin Bakı şəhəri, Lökbatan qəsəbəsi və Sumqayıt şəhərindəki yaşayış yerləri üzrə ümumilikdə 6 kq-a yaxın narkotik vasitə, o cümlədən 3,137 kq heroin, 2,109 kq marixuana və 470 q tiryək aşkarlanaraq götürülüb. Bundan başqa, N.Məmmədyarovun yaşadığı evdən tüstü buraxan 6 paket və 2 əl qumbarası aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri tanımadıqları İran vətəndaşından aldıqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
RF XİN Aİ-nin Ermənistanla bağlı vədlərini boş hesab edir
Ərdoğan mayın 9-da ABŞ-a səfər etməyi planlaşdırır
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İllik cəmi 5% kredit ilə biznesinizə parlaq dəstək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət