2018-ci ildə Azərbaycanda sahibkarlara 160,2 mln. manat məbləğində güzəştli kredit verilib. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.
“2018-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlara 160,2 mln. manat məbləğində güzəştli kredit verilib. Kreditlər ümumi dəyəri 617,8 mln. manat olan 999 investisiya layihəsinin maliyyələşdirilməsinə verilib”, - nazir geniş kollegiya iclasında bildirib.
Onun sözlərinə görə, verilmiş kreditlərin 64,3%-i respublikanın regionlarının, 35,7%-i isə Bakı şəhərinin qəsəbələrinin payına düşür. Güzəştli kreditlərin 70,3%-i aqrar sektorun, 29,7%-i müxtəlif sənaye məhsullarının istehsalı və emalı sahələrinin inkişafına yönəldilib.
Nazir qeyd edib ki, bu layıhələrin reallaşdırılması 9 minə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq.
Ş.Mustafayev əlavə edib ki, Fond tərəfindən maliyyələşdirilən 35 müəssisəsi 2018-ci ildə fəaliyyətə başlayıb. “2019-cu ildə daha 39 müəssisənin açılması gözlənilir”, - nazir bildirib.
Xəbər verildiyi kimi, 2018-ci il avqustun 1-də prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilib və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) publik hüquqi şəxs təsis edilib.
2018-ci ilin oktyabr ayında SİF xətti ilə sahibkarlara kreditlərin verilməsinə başlanıb. Kreditlər 5 min manatdan 50 min manatadək (3 il müddətinə, 50 min manatdan 1 mln. manatadək (5 il müddətinə) və 1 mln. manatdan 10 mln. manatadək (10 il müddətinə) verilir. Kreditlər üzrə dərəcə - illik 5% təşkil edir.
** B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət