Azərbaycanda nağdsız hesablaşmaların payı tədricən artır. Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün mətbuat konfransında deyib.
Onun sözlərinə görə, nağdsız hesablaşmaların payının müəyyən olunması məqsədilə bir neçə alətlərdən istifadə etmək olar.
“Bu alətlərdən biri ümumi pul kütləsində nağdsız hesablaşmaların payıdır. 2018-ci ildə ümumi pul kütləsində nağd pulların payı 60%-dən 52%-dək azalıb. Bu yaxşı göstəricidir. Digər göstərici ödəniş sistemimiz vasitəsilə nağdsız hesablaşmaların həcmidir. Ötən il bu rəqəm 274 mlrd. manat təşkil edib, bu da 2017-ci ilin göstəricisindən 32% çoxdur , - E.Rüstəmov bildirib.
O həmçinin qeyd edib ki, son illər ərzində ödəniş kartları ilə əməliyyatlarda nağdsız hesablaşmaların payı kifayət dərəcədə artıb.
“2018-ci ildə ödəniş kartları ilə əməliyyatların həcmi 16 mlrd. manat təşkil edib, bunun 2,8 mlrd. manatı nağdsız hesablaşmaların payına düşüb. Bu, əməliyyatların ümumi həcminin 17%-ni təşkil edir. 2017-ci ildə bu göstərici 10,2% təşkil edib, ötən illərdə isə uzun zaman ərzində 4%-dən çox olmayıb”, - E.Rüstəmov vurğulayıb.
Yeni 200 manatlıq əskinazın dövriyyəyə daxil edilməsinə toxunan bankın sədri qeyd edib ki, hazırda ona tələbat gözləniləndən aşağıdır. “Bu günə ümumi dövriyyədə 200 manatlıq əskinazların payı 5% təşkil edir. Hazırda 2 mln. bu cür əskinaz dövriyyədədir. Düzünü desəm, 200 manatlıq əskinazların ümumi nağd pul kütləsinin təxminən 10%-ni təşkil edəcəyini gözləyirdik. Lakin banklardan bizə sorğu daxil olmur, demək iqtisadiyyatda tələbat yoxdur”, - E.Rüstəmov bildirib.
Xəbər verildiyi kimi, 2018-ci il mayın sonunda AMB 200 manatlıq əskinası dövriyyəyə buraxıb.
Xəbər verildiyi kimi, sentaybrın 26-da Azərbaycan prezidenti İ.Əliyevin təsdiq etdiyi 2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramının icrası nəticəsində nağdsız ödənişlərin illik həcmi 17 mlrd. manat artacaq.
Proqramda qeyd edilir ki, 2018-2020-ci illərdə Əlverişli biznes mühitinin inkişaf etdirilməsi üzrə tədbirlərin reallaşdırılması nağdsız ödəniş dövriyyəsinin illik 1,35 mlrd. manat artmasına imkan yaradacaq. Vergi sisteminin effektivliyinin artırılması üzrə tədbirlər nağdsız ödəniş dövriyyəsinin illik 3 mlrd. manat, qeyri-formal məşğulluğun azaldılması- 0,75 mlrd., Bank sektorunun sağlamlaşdırılması tədbirləri - 3,34 mlrd. manat, aktiv pul bazarının formalaşdırılması - 3 mlrd. manat, ödəniş xidmətləri üzrə hüquqi bazanın təkmilləşdirilməsi - 0,6 mlrd. manat, yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi - 0,75 mlrd. manat, rəqəmsal bankçılığın inkişaf etdirilməsi - 0,55 mlrd. manat, əhalinin maliyyə savadlılığının yüksəldilməsi - 0,35 mlrd. manat artmasına imkan yaradacaq. Qalanı digər tədbirlərin payına düşür.
Proqramın əsas məqsədi nağdsız ödənişlər sisteminin genişləndirilməsi, bankların maliyyə bazasının gücləndirilməsidir. Bu məqsədlə ölkədə rəqəmsal ödəniş xidmətlərinin institusional və hüquqi bazasının gücləndirilməsi, infrastruktur imkanlarının artırılması yolu ilə həmin xidmətlərin çeşidinin, keyfiyyətinin və tətbiq dairəsinin genişləndirilməsi, habelə onlardan istifadənin kütləviləşdirilməsi başlıca strateji prioritetlərdir.
Proqramda qeyd olunur ki, rəqəmsal ödənişlərin tətbiqinin və istifadəsinin genişləndirilməsi iqtisadi dövriyyələri şəffaflaşdırmaqla, nağd pulla bağlı xərclərin, bank və müəssisələrin əməliyyat xərclərinin azalmasına gətirib çıxaracaq ki, bu da öz növbəsində, vergi bazasının, habelə əhali və müəssisələrin maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsinə, bank sektorunun kreditləşmə və investisiya imkanlarının gücləndirilməsinə və son nəticədə iqtisadi artıma təkan verəcək. **
Ə.Məmmədov
Radev Bolqarıstanda daxili siyasi öhdəliklər səbəbindən Azərbaycana səfərini təxirə salıb
Bayramov Knyazevə Aİ-Ermənistan-ABŞ müştərək konfransı ilə bağlı Azərbaycanın mövqeyini ifadə edib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Netanyahunun ofisi: İsrail atəşkəslə bağlı HƏMAS ilə danışıqlar masasına qayıdacaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İllik cəmi 5% kredit ilə biznesinizə parlaq dəstək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət