Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Caspian European Club 2019-cu il fevralın 13-də Bakıda birgə biznes-forum keçirəcək. Biznes-foruma nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə sədrlik edəcək. Bu barədə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Görüş iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən şirkətlərin xahişi ilə təşkil olunur. Bu təşəbbüs Caspian European Club-un sahə klublarının iclasları çərçivəsində qaldırılan məsələ və təkliflərin müzakirəsi nəticəsində irəli sürülüb.
Biznes-forumda Caspian European Club-un şirkət rəhbərlərinin nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsinə aid məsələlər üzrə təşəbbüs və təklifləri müzakirə olunacaq. Əsas diqqət informasiya-kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən islahatların nəticələrinə, yaxın illərdə inkişaf perspektivlərinə yönəldiləcək. Forum çərçivəsində həmçinin onları maraqlandıran suallara cavab almaq imkanı yaradılacaq.
“Qeyd edim ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və şəxsən Ramin Quluzadə “biznes-hakimiyyət” dialoqunda fəal iştirak edir və şirkətlərin səsləndirdikləri bütün təklif və xahişlərə operativ münasibət bildirirlər. Ümid edirəm ki, bu formatda əməkdaşlıq gələcəkdə də davam edəcək”, - deyə Telman Əliyev deyib.
Biznes-forumda Caspian European Club-un saytında (www.caspianenergy.org ) qeydiyyatdan keçmiş şirkətlər iştirak edə bilərlər.
Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Goup-un fəal işirakı ilə yaradılıb.
Caspian European Club-un yaradıcısı və ilk sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.
*Material, informasiya, məqalələrin dərci, video və audio süjetlərin hazırlanması zamanı Caspian European Club-un tədbirinə istinad etmək mütləqdir.
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
AMB 2024-cü ildə cari əməliyyatlar hesabının profisitini $7-8 milyard səviyyəsində gözləyir
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət