Azərbaycan və Rusiya baytarlıq nəzarət sistemi və heyvandarlıq məhsullarının istehsalı üzrə Azərbaycan müəssislərinin fəaliyyəti ilə tanışlıq məqsədilə səfərlərin təşkilini planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Bu məsələ ötən ilin dekabr ayında Moskvada keçirilən iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyanın XVII iclası çərçivəsində müzakirə olunub”, - hökumətdən qeyd ediblər.
Bundan əlavə, tərəflər baytarlıq nəzarətindən keçməli olan məhsulların gətirilməsinə qadağanın aradan qaldırılması məsələsini müzakirə ediblər. “O cümlədən, Rusiya Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə baytarlıq sahəsində əməkdaşlığa dair ikitərəfli sazişin razılaşdırılması prosesini sürətləndirmək tapşırılıb”, - hökumətdən qeyd olunur.
Bildirilir ki, tərəflər Azərbaycan ASK məhsullarının satışı ilə məşğul olan Rusiya və Azərbaycan ticarət şəbəkələrinin qarşlıqlı əlaqəsini və topdan paylayıcı mərkəzlər şəbəkəsininin formalaşdırılmasını təşkil etməyə dair razılığa gəliblər.
“Bundan əlavə, tərəflər iki ölkənin bazarlarına malların və kənd təsərrüfatı məhsullarının qarşılıqlı tədarük nomenklaturasının genişləndirilməsi, həcminin artırılması və çıxarılması üzrə birgə fəaliyyəti davam etdirməyə dair razılığa gəliblər”, - agentliyin həmsöhbəti bildirib.
2018-ci ildə Azərbaycan $1 mlrd. 689 mln. məbləğində qeyri-neft məhsulları ixrac edib. Bunun $560 mln.-u və ya ümumi həcmin 33,1%-i meyvə-tərəvəzin payına düşüb. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət