Minimum əmək haqqının məbləğinin 180 manatadək artırılması haqqında Azərbaycan prezidentinin sərəncamı ən azı 600 min nəfəri əhatə edəcək. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov deyib.
“Minimum əmək haqqının 180 manatadək artırılması haqqında sərəncam ən azı 600 min nəfəri, o cümlədən büdcə təşkilatlarında çalışan 450 min işçini və özəl sektorda çalışan 150 min işçini əhatə edəcək”, - deyə o, bu gün keçirdiyi brifinqdə bildirib.
Şöbə müdirinin sözlərinə görə, muzdla işləyənlərin 40%-nin, büdcə təşkilatlarında çalışanların isə 55%-nin əmək haqları artırılacaq.
Prezident İlham Əliyev fevralın 8-də minimum aylıq əməkhaqqının məbləğinin müəyyən edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat (hazırda 130 manatdır – İF) təşkil edəcək.*
R.Babayev
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub
“Tekfen” “SOCAR Polymer”in səhmlərini alıb
“Azhazelnut” BƏƏ-yə $200 min dəyərində fındıq ixrac edəcək
Azərbaycan prezidenti: “Laçın” tankeri Xəzərdə və Xəzərdən kənarda neft daşınmasını təmin edəcək
Abşeron RİH Xırdalanda küçə işıqlandırmasının təmirinə təxminən 130 min manat yönəldəcək
“Azərsu” Neftçala şəhərinin su təchizatı sisteminin yenidən qurulması üçün 5 milyon manat alacaq
Səfir: Senatın “erməni soyqırımı” ilə bağlı qətnaməsi Ağ Evin rəsmi mövqeyi deyil
Oreşkin: 2021-ci ilin yayında Həştərxanda Xəzər İqtisadi Forumu keçiriləcək
XİN: “Xəzər beşliyi”nin Yüksək Səviyyəli İşçi Qrupunun görüşü Moskvada keçiriləcək
2020 AccessBank üçün mənfəət ilidir
Azərbaycanın sığorta sektoru: kəmiyyət inkişafından keyfiyyət inkişafına keçid
Gələn ilin yazında Azərbaycanda II Argus Neft Sammiti keçiriləcək
Dekabrda Bakıda IV “İnnovasiyalar zamanı 2019” Forumu keçiriləcək