Azərbaycanda 2019-cu ilin yanvar ayı üzrə sutkalıq neft hasilatı 2018-ci ilin dekabr ayında qeydə alınmış 790 min barrelə qarşı 793 min barrel olub. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
“Azərbaycanda yanvar ayı üzrə sutkalıq neft hasilatı 793 min barrel təşkil edib ki, bunun 720 min barreli xam neft, 73 min barreli kondensat olub. Gündəlik 598 min barrel xam neft, 73 min barrel kondensat ixrac edilib”, - deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, ötən il Azərbaycanın neft hasilatı sutkada orta hesabla 792,6 min barrel olub.
Energetika Nazirliyindən bildirilib ki, bu ilin yanvar ayında gündəlik 598 min barrel xam neft, 73 min barrel kondensat, 16 min barrel isə neft məhsulları ixrac edilib.
Energetika Nazirliyi yanvarda ölkə üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına göndərib.
2018-ci il dekabrın 7-də imzalanmış sazişə əsasən OPEC üzvləri neft hasilatını sutkada 800 min barrel, kartelə daxil olmayan ölkələr isə 400 min barrel azaldır. Saziş 2019-cu ilin aprel ayında nəzərdən keçirilmə mümkünlüyü ilə yarım il müddətinə uzadılıb. Bu saziş çərçivəsində Azərbaycan cari ildən etibarən gündəlik hasilatı 20 min barrel - 776 min barrelədək azaltmalıdır.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət