Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev martın ortalarında Bakıda keçiriləcək iqtisadiyyat, ticarət və humanitar sahələr üzrə Azərbaycan-İran Hökumətlərarası Komissiyanın iclası çərçşivəsində İran tərəfi ilə səmərəli danışıqlara ümid edir.
“Əminəm ki, mart ayında Bakıda keçiriləcək 13-cü Hökumətlərarası Komissiyanın iclası zamanı səmərəli danışıqlar keçiriləcək və yeni razılıqlar əldə olunacaq”, - Ş.Mustafayev İranda İslam İnqilabının 40-cı ildönümü münasibətilə rəsmi qəbulda bildirib.
Öncə İranın Bakıdakı səfiri Cavad Cahangirzadə bəyan edib ki, çox güman ki, Hökumətlərarası Komissiyanın iclası 12-13 mart tarixlərində keçiriləcək. Onun sözlərinə görə, iclas çərçivəsində həmçinin Azərbaycan-İran biznes forumu təşkil olunaxaq.
Komissiyanın 12-ci iclası 13-14 mart 2018-ci il tarixində Tehranda keçirilib. **
F.İsazadə
Peskov: Putin və Ərdoğan yaxın perspektivdə görüşə bilərlər
Hersoq Əliyevlə danışıqlarda İranın yaratdığı riskləri müzakirə edib
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
AccessBank 2022-ci il üzrə audit hesabatını açıqladı
Yelo Bank tələbələr üçün mentorluq layihəsinə start verib
Bank Respublika Özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrə dəstək oldu!
Yayda Bakıda beynəlxalq kənd təsərrüfatı konfransı keçiriləcək
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək