2018-ci ildə 5,9 min hektardan artıq torpaq sahələrinin qanunsuz ayrılmasının qarşısı alınıb. Bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib.
“2018-ci ildə 5,921 min hektar torpaq sahələrinin qanunsuz ayrılmasının qarşısı alınıb, bu da 2017-ci illə müqayisədə 2,2 dəfə çoxdur”, nazir müavini Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə dair illik hesabatla çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin təklif və tələbləri əsasında məhkəmələr və bələdiyyələr 265 hektar ümumi ərazidə topraq sahələrinin mülkiyyətə verilməsi, 5,657 min hektar torpaq sahələrin icarəsi və 8 hektar sahəsində ərazilərin istifadəyə verilməsinə dair qanunsuz qərarları etibarsız elan edilib.
Hesabatda qeyd olunur ki, 2018-ci ildə 133 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub.
“Ötən il bələdiyyə orqanlarının 143 vəzifəli şəxsi barəsində inzibati xətalara dair protokollar tərtib olunaraq məhkəmələrə göndərilib. Onların əsasında 133 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub, 10 protokola baxılır”, - V.Zahirov vurğulayıb.
Nazir müavini qeyd edib ki, ötən il hüquqi ekspertizanın keçirilməsi üçün 72,535 min bələdiyyə aktı daxil olub. Həmçinin, Ədliyyə Nazirliyinə bələdiyyələrin fəaliyyəti ilə bağlı 2,247 min müraciət daxil olub. **
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət