2019-cu ilin yanvar ayında Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 3,8 mlrd. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 3,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 13,8% artıb.
Mədənçıxarma sektorunda neft hasilatı 0,8% azalıb, əmtəəlik qaz hasilatı isə 26,4% artıb.
Yanvarda sənaye məhsulunun 72,5%-i mədənçıxarma sektorunda, 22%-i emal sektorunda, 4,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,9 dəfə, mebel istehsalı 2,3 dəfə, maşın və avadanlıqların istehsalı 2,1 dəfə, kağız və karton istehsalı 75,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 63,3%, ağacın emalı və ağacdan məmulatların istehsalı 58,7%, toxuculuq sənayesi məhsullarının istehsalı 56,9%, içkilərin istehsalı 48,9%, kompüter, elektron və optik məhsulların istehsalı 37,1%, kimya sənayesi məhsullarının istehsalı 35,4%, elektrik avadanlıqlarının istehsalı 25,9%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 15%, sair nəqliyyat vasitələrinin istehsalı 11,9%, tikinti materiallarının istehsalı 6,8%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 1,5% artıb, poliqrafiya məhsullarının istehsalı 0,8%, metallurgiya sənayesi məhsullarının istehsalı 16,1%, əczaçılıq məhsullarının istehsalı 24,4%, hazır metal məmulatlarının istehsalı 25,4%, geyim istehsalı 32,3%, tütün məmulatlarının istehsalı isə 33,5% azalıb.
2019-cu ilin yanvar ayında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,5%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 8,1% artıb.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət