Azərbaycan 2018-ci ildə 72 min 596,05 ton “AI-92” markalı avtomobil benzini idxal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“2018-ci ildə Azərbaycana $58 mln. 913,7 min dəyərində 72 min 596,05 ton «AI-92» markalı avtomobil benzini idxal olunub”, - deyə məlumatda bildirilir.
2017-ci ildə Azərbaycan $46 mln. 537,38 min dəyərində “AI-92” markalı avtomobil benzini idxal edib. Beləliklə, 2018-ci ildə ölkəyə benzin idxalı miqdar ifadəsində 7,3% azalıb, dəyər ifadəsində 26,6% artıb», - deyə məlumatda bildirilir.
Ötən il “AI-92” markalı avtomobil benzininin ümumi idxal həcmində $32 mln. 18,4 min dəyərində 39 min 937,5 ton benzin Rusiyadan, $26 mln. 895,3 min dəyərində 32 min 658,55 ton benzin Böyük Britaniyadan tədarük olunub.
2018-ci ildə “AI-92” markalı benzin IV rübdə, 2017-ci ildə isə III rübdə idxal edilib. Hər iki halda idxal Bakı Neft Emalı Zavodunda modernləşdirmə və yenidənqurma layihəsi çərçivəsində aparılan təmir işləri ilə bağlı olub. Təmir işləri zamanı zavodun fəaliyyəti qismən dayandırıldığı üçün “AI-92“ markalı benzin istehsal olunmurdu.
Nazirlər Kabinetinin qərarı ilə 1 oktyabr 2018-ci il tarixindən Azərbaycanda “AI-95” və “AI-92” markalı benzin idxalı 90 gün müddətinə gömrük rüsumlarından (əvvəllər rüsum 15% idi) azad edilib.
Bakı NEZ-də yalnız “AI-92” markalı benzin istehsal edilir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət