Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişikliklər qəbul edilib.
Dəyişikliklərə əsasən Azərbaycanda əhalinin bank əmanətlərinin tam sığortalanması praktikası daha 1 il müddətinə - 4 mart 2020-ci il tarixinədək uzadılıb.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədovun sözlərinə görə, əhalinin bank əmanətlərinin tam sığortalanması praktikasının müddətinin uzadılması əmanətçilər üçün özünəməxsus təşviq mexanizmidir.
«Əmanətlərin tam sığortalanması bankların depozit portfelinin, xüsusilə milli valyutada əmanətlərin və onların likvidliyinin artmasına xidmət edə bilər», - deyə o qeyd edib.
2016-cı il martın 4-dən sığorta sistemi əhalinin əmanətlərinin bütün həcminə (əvvəllər məbləği 30 min manata qədər olan əmanətlər sığortalanmış hesab olunurdu) şamil edilir. Yeganə şərt bundan ibarətdir ki, əmanət üzrə faiz Əmanətlərin Sığortalanması Fondunun (ADİF) müəyyən etdiyi limiti keçməməlidir. Buna müvafiq olaraq əhalinin milli valyutada illik faiz dərəcəsi 15%-dən, xarici valyutada isə 3%-dən çox olan əmanətləri sığortalanmır.
Əhalinin bank əmanətlərinin tam sığortalanmasının qüvvədə olma müddəti 3 ildir və 4 mart 2019-cu il tarixində başa çatır.
2018-ci ildə əhalinin bank əmanətləri 9,6% - 8 mlrd. 269,7 mln. manatadək artıb.*
Ə.Məmmədov, R.Babayev
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət