Keçmiş xarici işlər nazirinin müavini, Nazirlər Kabineti Aparatının rəhbəri Xələf Xələfov Xəzər üzrə Yüksək Səviyyəli İşçi Qrupunda Azərbaycanın səlahiyyətli nümayəndə olaraq qalıb.
“İşçi Qrupunda (Xəzərin məsələləri üzrə - İF) səlahiyyətli nümayəndə olaraq qalıram”, - X.Xələfov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Xəbər verildiyi kimi, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində 5 Xəzəryanı ölkənin dövlət başçılarının sammiti Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması ilə başa çatıb. 14 noyabr 2018-ci il tarixində prezident İlham Əliyev X.Xələfovu Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda Azərbaycanın səlahiyyətli nümayəndəsi təyin edib (həmin zaman xarici işlər nazirinin müavini olub - İF).
13 dekabr 2018-ci il tarixində İ.Əliyev X.Xələfovun Azərbaycan XİN-də tutduğu vəzifədən azad edilməsi haqqında sərəncam imzalayıb. Daha sonra X.Xələfov Nazirlər Kabineti Aparatının rəhbəri təyin olunub.
Bundan əlavə, həmçinin X.Xələfov Rusiya və Gürcüstanla dövlət sərhədinin delimitasiya və demarkasiya üzrə İşçi Qruplarının rəhbəri vəzifəsini tutub. Onun sözlərinə görə, bu vəzifələrə təyinat mələsəsi hələlik açıq olraq qalır. “Bu məsələ hələ ki, açıq qalır”, - X.Xələfov qeyd edib. **
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət