2019-cu ilin sonunadək Avropa İttifaqı və Azərbaycan “açıq səma” rejiminin tətbiqinə dair sazişin imzalanması məqsədilə danışıqları başa çatdıra bilər. Bunu Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololey çərşənbə axşamı Bakıda mətbuat konfransında deyib.
“Danışıqlar davam edir. Hadisələri qabaqlamaq istəmirəm, lakin gələn ay danışıqların növbəti mərhələsinin keçirilməsi mümkündür. Danişiqları bu il başa çatdıra bilərikmi? Düşünürəm ki, bəli. Lakin, əsas amil müddət deyil, keyfiyyətdir”, - H.Hololey bildirib.
Onun sözlərinə görə, Azərbaycan aviasiya sahəsində şoxşahəli klaster formalaşdırıb. “Azərbaycan dünyada ən məşhur aeroportlardan birinə malikdir. Bu səbəbdən, aviasiya sahəsində əməkdaşlıq üçün bir sıra imkanlar görürəm. Məhz buna görə son 6 il ərzində Azərbaycan tərəfi ilə aviasiya sahəsində miqyaslı saziş üzrə danışıqlar aparırıq. Son 15 ay ərzində bu istiqamətdə danışıqlarda irəliləyiş müşahidə edirik. Ekspertlərimiz arasında texniki xarakterli məsələlər müzakirə olunur. Əminəm ki, Azərbaycan və Aİ bu sazişdən qazanc əldə edəcək”, - H.Hololey qeyd edib.
O vurğulayıb ki, təhlükəsizlik, yük və sərnişin axınının idarə olunması, hava naviqasiyası, modernizasiya məsələsi tərəflərin əməkdaşlıq edə biləcəkləri sahələrdir. “Təbii ki, biz həmçinin rəqabət məsələləri, yəni Azərbaycanı Aİ ilə birləşdirən reyslərin artımını müzakirə edirik, bu da, öz nöbvbəsində, hər iki tərəfdən sərnişinlərin sayını artıracaq. Danışıqlarımızın yekunları hər iki tərəfi qane edir. Danışıqlar müsbət şəraitda aparılır”, - H.Hololey deyib.
O, həmçinin bildirib ki, bütövlükdə Azərbaycan və Aİ “nəqliyyat sahəsində dərin və zəngin gündəliyə malikdir”
“Açıq səma” rejimi təyin olunmuş aviadaşıyıcılar və reyslərin sayı üzrə uçuşlara məhdudiyyətin birmənalı şəkildə aradan qaldırılmasıdır. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət