2018-ci ildə Azərbaycana 1 mln. 80,9 min ton buğda idxal edilib ki, bu da 2017-ci ilin göstəricisindən 5,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal olunmuş buğdanın ümumi dəyəri $205 mln. 967 min (azalma 9,3%) təşkil edib.
Hesabat dövründə Azərbaycana $86 mln. 528,4 min dəyərində (azalma 49%) 238,8 min ton şəkər xammalı və şəkər (azalma 35,2%), $109 mln. 445,5 min dəyərində (azalma 9,7%) 130 min ton bitki yağı (azalma 0,8%), $49 mln. 807,3 min dəyərində (azalma 7,7%) 12,957 min ton çay (azalma 4,6%), $69 mln. 690 min dəyərində (artım 4,2%) 12,115 min ton kərə yağı və süd (azalma 12,3%) idxal edilib.
Bundan əlavə, ötən il respublikaya $25 mln. 208,9 min dəyərində (azalma 4,8%) 8,326 min ton iribuynuzlu heyvan əti (azalma 10%), $38 mln. 769,9 min dəyərində (artım 23,1%) 34,091 min ton quş əti və ondan hazırlanan məmulatlar (artım 32%) idxal olunub.
2018-ci ildə respublikaya $96 mln. 660,2 min dəyərində (artım 44%) 106,6 min ton meyvə (artım 42,2%), $9 mln. 162,6 min dəyərində (azalma 39,9%) 16,496 min ton tərəvəz (azalma 41,3%), $38 mln. 642,1 min dəyərində (artım 16,9%) 151,2 min ton kartof (azalma 5,7%) idxal edilib.
Hesabat ilində ölkədən $202 mln. 794,4 min dəyərində (artım 10,1%) 233,3 min ton tərəvəz (artım 1,6%), $325 mln. 571,8 min dəyərində (artım 11,5%) 319,2 min ton meyvə (artım 22,4%) ixrac edilib.
2018-ci ildə Azərbaycandan $24 mln. 974,7 min dəyərində (azalma 46,7%) 44,093 min ton şəkər (azalma 38%), $9 mln. 353,8 min dəyərində (azalma 5,4%) 10,842 min ton bitki yağı (artım 14,2%) ixrac edilib.
Həmçinin ötən il Azərbaycandan $9 mln. 672,8 min dəyərində (azalma 5,8%) 7,487 min ton meyvə və tərəvəz şirələri (azalma 32,2%), $7 mln. 721,7 min dəyərində (аrtım 28,5%) 657,6 min dekalitr təbii üzüm şərabı və üzüm suslosu (artım 1,8 dəfə), $7 mln. 753,6 min dəyərində (аrtım 48,9%) 6,688 min ton meyvə və tərəvəz konservi (artım 12,2%) ixrac edilib.*
B.Rüstəmbəyov
Radev Bolqarıstanda daxili siyasi öhdəliklər səbəbindən Azərbaycana səfərini təxirə salıb
Bayramov Knyazevə Aİ-Ermənistan-ABŞ müştərək konfransı ilə bağlı Azərbaycanın mövqeyini ifadə edib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
RF XİN Aİ-nin Ermənistanla bağlı vədlərini boş hesab edir
Ərdoğan mayın 9-da ABŞ-a səfər etməyi planlaşdırır
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İllik cəmi 5% kredit ilə biznesinizə parlaq dəstək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət