“Kaspersky Lab” şirkətinin məlumatına görə, Azərbaycanda istifadəçilərin 74%-i etiraf edib ki, kibertəhlükəsizlik məsələlərində məlumatlı deyillər.
Azərbaycanda istifadəçilərin böyük hissəsi (74%) etiraf edib ki, kibertəhlükəsizlik məsələlərində məlumatlı olmasalar da, antivirus proqramları quraşdırmaqda elə də maraqlı deyillər. Bu məlumatlar Azərbaycanda “Kaspersky Lab” tərəfindən fərdi istifadəçilər arasında keçirilən araşdırma zamanı əldə edilib”, - şirkətin məlumatında deyilir.
2018-ci ildə hər ikinci azərbaycanlı istifadəçi (50,1%) müxtəlif növ lokal təhlükələrlə rastlaşıb, 36%-i isə internetdə hücumlara məruz qalıb. Bütün bunlara baxmayaraq, istifadəçilərin yarıdan çoxu (60%) evdə istifadə olunan cihazlarına antivirus quraşdırmaqda maraqlı deyillər.
“Kibertəhlükəsizliyi təmin etmək üçün respondentlərin 76%-i şəxsi konfidensial məlumatlarını qorumaq və onlara vahid çıxışa sahib olmaq istədiklərini bildiriblər. Bundan başqa, sorğu iştirakçılarının 68%-i qeyd edib ki, özləri və ailələri üçün internetdən təhlükəsiz istifadə ilə bağlı sadə və başa düşülən materiallardan istifadə etməkdə maraqlıdırlar. Ailə üzvlərinin lokasiyasını müəyyən edən tətbiqdən istifadə haqqında söhbət düşdükdə isə, respondentlər cavablarına görə iki bərabər qrupa bölünüblər”, - şirkət qeyd edir.
Mobil cihazlardan istifadə zamanı Azərbaycanda istifadəçilərin 62%-i böyük məmnuniyyətlə, bezdirici kontenti, daha dəqiq desək, aruzolunmaz ismarıcları, spam, banner reklamlarını bloka atmaq istədiklərini bildirib. 60% respondent isə öz mobil operatorlarından ödənişli abunəliklərlə bağlı əvvəlcədən xəbərdarlıq almaq istəyir. **
B.Rüstəmbəyov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət