2019-cu ilin yanvar ayında Azərbaycanda sığortaçıların ümumi sığorta haqları 88 mln. 194,6 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 6,6% çoxdur. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 72 mln. 588,4 min manat (artım 1%) və ya bazar üzrə bütün sığorta haqlarının 82,3%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 11 mln. 540,6 min manat, qeyri-həyat sığortası üzrə sığorta haqları 61 mln. 47,8 min manat təşkil edib.
Yanvar ayında icbari sığorta növləri üzrə sığorta haqları 15 mln. 606,1 min manat (artım 43,1%) təşkil edib.
Ötən ay sığortaçılar könüllü tibbi sığorta (45 mln. 603,8 min manat), həyatın yaşam sığortası (8 mln. 363,5 min manat) və ANVSMMİS (6 mln. 511,3 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar.
Bu dövrdə sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 17 mln. 155,8 min manat yönəldiblər ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 25,4% azdır.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 10 mln. 793,7 min manat (azalma 40%) və ya bazar üzrə bütün ödənişlərin 62,9%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 7 mln. 442 min manat, qeyri-həyat sığortası üzrə ödənişlər 3 mln. 351,7 min manat məbləğində olub.
Yanvar ayında icbari sığorta növləri üzrə ödənişlər 6 mln. 362,1 min manat (artım 27,4%) təşkil edib.
2019-cu il fevralın əvvəlinə Azərbaycanda 21 sığorta şirkəti fəaliyyət lisenziyasına malikdir.*
Ə.Məmmədov
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
2023-cü ildə Türkiyədən Azərbaycana pul köçürmələrinin həcmi 1,3 dəfə artıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət