Ermənistanın birinci prezidenti (1991-1998), Ermənistan Milli Konqres Partiyasının rəhbəri Levon Ter-Petrosyan onun baş nazir Nikol Paşinyanın siyasətində "xaç atası" olması barədə ölkənin bir sıra KİV-də yayılan məlumatları təkzib edib.
“N.Paşinyanın mənim siyasi mənəvi oğlum olması, mənim isə onun xaç atası olmağımla bağlı səsləndirilən fikirlər ictimaiyyətə aksiomatik həqiqət kimi təqdim olunur. Bu, cəfəngiyyatdır”, - deyə L.Ter-Petrosyan bu gün “iLur.am.” xəbər saytında dərc olunmuş məqaləsində yazıb.
Onun sözlərinə görə, N.Paşinyanın bir sıra siyasi məsələlərlə bağlı hər gün onunla məsləhətləşməsi barədə məlumatlar da həqiqəti əks etdirmir.
“Birincisi, hökumətin mətbuat xidmətinin də məlumat verdiyi kimi, mən 2012-ci ildən sonra N.Paşinyanla cəmi bir dəfə - 2018-ci il iyulun 16-da görüşmüşəm. İkincisi, əgər kimsə düşünürsə ki, N.Paşinyanı məsləhətlərlə yönəltmək və ya ona nəyi isə diktə etmək mümkündür, ya onlar yanılırlar, ya da N.Paşinyanı tanımırlar. Mən N.Paşinyan kimi kifayət qədər müstəqil insan tanımıram", - deyə L.Ter-Petrosyan qeyd edib.
Bundan başqa, keçmiş prezident bildirib ki, Ermənistanın baş naziri Qarabağ məsələsində “sülh qarşılığında ərazi” formulunu ondan əxz etməsi ilə bağlı məlumatlar yayılır.
"Nə mən, nə də N.Paşinyan bu formuldan istifadə etmişik. Bundan başqa, Ermənistanın əvvəlki üç prezidentindən fərqli olaraq, N.Paşinyanın Qarabağ məsələsinə dair proqramı məlum deyil", - deyə o vurğulayıb.
L.Ter-Petrosyan hesab edir ki, onun N.Paşinyanla sıx əməkdaşlığına dair məlumatlar “böyük maliyyə və media resurslarına malik olan bir mərkəzdən" yayılır.
"Bu mərkəzin məqsədi 2008-ci il martın 1-də törədilmiş cinayətlərə görə cavabdeh olanları nəyin bahasına olursa olsun xilas etmək, yeni hakimiyyətin səhvlərindən istifadə edərək narazılıq dalğası yaratmaq, hakimiyyəti devirmək və əvvəlki quldur rejimini bərpa etməkdir. Və bunun nəticəsində həm Qarabağın, həm də Ermənistanın məhv olması əhəmiyyət kəsb etmir. Bu isə milli xəyanətdir. Uduzmuş rejim faktiki olaraq erməni xalqına və xalqın seçdiyi hakimiyyətə qarşı müharibə elan edib”, - deyə sabiq prezident bildirib.
"Buna görə xalqın vəzifəsi bu çağırışı qəbul etmək və anti-dövlət qüvvələrinə güclü əks-zərbə endirməkdir", - deyə L.Ter-Petrosyan yazıb.*
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət