Çərşənbə axşamı Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Ana fəryadı" abidəsi önünə yürüş keçirilir.
Yürüşə Azərbaycan prezidenti İlham Əliyev başçılıq edir.
Yürüşdə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva, hökumət üzvləri, Milli Məclisin deputatları, dini konfessiyaların başçıları, ictimaiyyət nümayəndələri, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak edirlər.
Bu il yürüşdə Xocalı soyqırımının qurbanlarının xairəsini hörmətlə yad edən RF Dövlət Dumasının nümayəndələri, rusiyalı politoqlolar, ekspertlər və ictimai xadimlər iştirak edirlər.
Yürüşdən sonra prezident İlham Əliyev Rusiyanın nümayəndə heyəti ilə görüşüb, Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Azərbaycanla həmrəy olduqlarına görə minnətdarlığını bildirib.
Rusiyanın nümayəndə heyətinə Siyasi Araşdırmalar İnstitutunun direktoru, Rusiya-Türkiyə İctimai Forumunun baş katibi və "Azərbaycan dostları" qrupunun koordinatoru Sergey Markov, Siyasi Araşdırmalar İnstitunun direktor müavini Darya Qrevtsova, Dövlət Dumasının Beynəlxalq İşlər Komitəsinin sədr müavini İrina Rodnina, Rusiya Federasiyası Dövlət Duması Federal Məclisinin Ailə, Qadın və Uşaq məsələləri üzrə Komitəsinin sədr müavini Oksana Puşkina, RF Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədr müavini Dmitri Savelyev və b. daxildir.
Xocalı şəhərində dinc sakinlərin kütləvi qətlə yetirilməsi Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər. İndiyədək görünməmiş qəddarlıq nəticəsində 613 nəfər qətlə yetirilib, onlardan - 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 8 ailə tamamilə məhv edilib, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.
Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı nəticəsində Azərbaycana vurulan ziyan $170 mln.-dan artıq səviyyədə qiymətləndirilir. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
RF XİN Aİ-nin Ermənistanla bağlı vədlərini boş hesab edir
Ərdoğan mayın 9-da ABŞ-a səfər etməyi planlaşdırır
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İllik cəmi 5% kredit ilə biznesinizə parlaq dəstək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət