Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair proqramı yoxdur. “Spravedlivaya Rossiya” Partiyasının Parlament Qrupunun sədr müavini, Dumanın Dövlət quruculuğu və qanunvericilik Komitəsinin sədr müavini Mixail Yemelyanov belə hesab edir.
“Əgər Paşinyanda yoxdursa, demək Qərbdə də yoxdur. Heç bir proqram. Heç ola bilməz, çünki açıq desək, Qərb Qafqazda münasibətləri pozub və düzəltmək niyyətində deyil. Bu, regionda bütün geosiyasi vəziyyətin idarəolunması üçün vasitədir. Bu həm Azəraycanın və qismən Ermənistanın, mühüm dərəcədə Rusyanın və Türkiyənin idarə olunmasıdır”, - M.Yemelyanov “İnterfaks-Azərbaycan”a müsahibəsində bildirib.
Onun sözlərinə görə, N.Paşinyan bu və ya digər formada anti-Rusiya siyasətini davam etdirir.
“Əgər Paşinyan hər hansı anti-Rusiya tədbirləri görməsə belə, misal üçün, Rusiya bazasının Gümrüdən çıxarılmasına israr etməsə və s., buna baxmayaraq, Ermənistan cəmiyyətində Rusiyaya qarşı o qədər də loyal olmayan münasibətin formalaşması üçün addımlar atılır. Yəni, söhbət universitelərdə tədrisin necə dəyişməsi, müəyyən KİV tərəfindən məlumatın hansı tərzdə təqdim olunmasından gedir”, - M.Yemelyanov qeyd edib.
M.Yemelyanovun müsahibəsinin tam mətni ilə http://interfax.az/view/758716 saytında tanış olmaq mümkündür. **
R.Babayev
2023-cü ildə Türkiyədən Azərbaycana pul köçürmələrinin həcmi 1,3 dəfə artıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət