Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan hakimiyyətini Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini pozmaq cəhdində ittiham edib.
“Ermənistan rəhbərliyinin danışıqlar prosesinin formatının dəyişdirilməsi barədə iddiaları qəsdən danışıqları dalana salmaq və danışıqlar prosesini pozmaq cəhdlərindən başqa bir şey deyil. Buna görə məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
H.Hacıyev qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar formatı bəllidir, formatın dəyişdirilməsi müzakirə mövzusu deyil və ola da bilməz.
“Danışıqlar prosesi ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişə tərəfləri olaraq Ermənistan və Azərbaycan arasında aparılır. Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra prezident İlham Əliyev və Nikol Paşinyan arasında üç dəfə təmasın olması, Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında dörd dəfə görüşün keçirilməsi danışıqların mövcud format əsasında aparılmasının bariz nümunəsidir”, - deyə şöbə müdiri vurğulayıb.*
F.İsazadə
2022-ci ildə SOCAR $99 milyon dəyərində neft bitumu və neft koksu ixrac edib
2022-ci ildə SOCAR 7,8 milyon tona yaxın neft və 8,1 milyard kubmetrdən çox qaz hasil edib
FHN: İranda baş vermis zəlzələ Naxçıvanda hiss olunub, dağıntı və tələfat yoxdur
Azərbaycan Zəngilan Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi yaradır
Prezident Əliyev “Şabran” İstirahət Kompleksinin açılışında iştirak edib - YENİLƏNİB
Paşinyan Ermənistan ordusunu qadınlar hesabına gücləndirməyi planlaşdırır
İran XİN və DİN başçıları Azərbaycanın Tehrandakı səfirliyinə hücumu müzakirə ediblər
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Yelo Bank-ın mikro krediti ilə biznes məqsədlərinizə çatın
Birbank lotereyasının qalibləri müəyyən olundu
Bank Respublika və IFC sahibkarlığın dəstəklənməsi üçün iri həcmli kredit sazişi imzalayıb
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Oktyabrın sonunda Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək
Sentyabrın əvvəlində Bakıda “ADEX” Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək
Soçi yağışı Paşinyanın ümidlərini yuyub apardı
Brüssel-2022: Gündəmi Bakı diktə edir, beynəlxalq tərəfdaşlar isə onu dəstəkləyir