2018-ci ildə Azərbaycanda elektron bankçılıq xidmətləri vasitəsilə aparılan əməliyyatların həcmi 36,4 mlrd. manat təşkil edib, bu da 2017-ci ilin göstəricisindən 18,7 dəfə çoxdur. Bunu Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev deyib.
“Ötən il elektron bankçılıq xidmətləri vasitəsilə 10,4 milyon əməliyyat aparılıb, bud a 2017-ci ilin göstəricisindən 7 dəfə çoxdur. Əməliyyatların həcmi 36,4 mlrd. manat təşkil edib. Bu, 2017-ci ilin göstəricisindən 16,7 dəfə çoxdur”, - AMB-nin yaydığı məlumatda A.Quliyevin sözlərindən sitat gətirilir.
Həmçinin, A.Quliyev vurğulayıb ki, son illər ərzində ödəniş kartları ilə əməliyyatlarda nağdsız ödənişlərin payı mühüm dərəcədə artıb. “2018-ci ildə ödəniş kartları ilə əməliyyatların həcmi 16 mlrd. manat təşkil edib, bunun 2,8 mln. manatı nağdsız ödənişlərin payına düşüb. Bu, ümumi əməliyyatların 17%-ni təşkil edir. 2017-ci ildə bu göstərici 10,2%, 2013-cü ildə idə 6% təşkil edib”, - o əlavə edib.
Xəbər verildiyi kimi, ötən il sentaybrın 26-da Azərbaycan prezidenti İ.Əliyevin təsdiq etdiyi 2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramının icrası nəticəsində nağdsız ödənişlərin illik həcmi 17 mlrd. manat artacaq.
Proqramda qeyd edilir ki, 2018-2020-ci illərdə əlverişli biznes mühitinin inkişaf etdirilməsi üzrə tədbirlərin reallaşdırılması nağdsız ödəniş dövriyyəsinin illik 1,35 mlrd. manat artmasına imkan yaradacaq. Vergi sisteminin effektivliyinin artırılması üzrə tədbirlər nağdsız ödəniş dövriyyəsinin illik 3 mlrd. manat, qeyri-formal məşğulluğun azaldılması- 0,75 mlrd., Bank sektorunun sağlamlaşdırılması tədbirləri - 3,34 mlrd. manat, aktiv pul bazarının formalaşdırılması - 3 mlrd. manat, ödəniş xidmətləri üzrə hüquqi bazanın təkmilləşdirilməsi - 0,6 mlrd. manat, yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi - 0,75 mlrd. manat, rəqəmsal bankçılığın inkişaf etdirilməsi - 0,55 mlrd. manat, əhalinin maliyyə savadlılığının yüksəldilməsi - 0,35 mlrd. manat artmasına imkan yaradacaq. Qalanı digər tədbirlərin payına düşür.
Proqramın əsas məqsədi nağdsız ödənişlər sisteminin genişləndirilməsi, bankların maliyyə bazasının gücləndirilməsidir. Bu məqsədlə ölkədə rəqəmsal ödəniş xidmətlərinin institusional və hüquqi bazasının gücləndirilməsi, infrastruktur imkanlarının artırılması yolu ilə həmin xidmətlərin çeşidinin, keyfiyyətinin və tətbiq dairəsinin genişləndirilməsi, habelə onlardan istifadənin kütləviləşdirilməsi başlıca strateji prioritetlərdir.
Proqramda qeyd olunur ki, rəqəmsal ödənişlərin tətbiqinin və istifadəsinin genişləndirilməsi iqtisadi dövriyyələri şəffaflaşdırmaqla, nağd pulla bağlı xərclərin, bank və müəssisələrin əməliyyat xərclərinin azalmasına gətirib çıxaracaq ki, bu da öz növbəsində, vergi bazasının, habelə əhali və müəssisələrin maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsinə, bank sektorunun kreditləşmə və investisiya imkanlarının gücləndirilməsinə və son nəticədə iqtisadi artıma təkan verəcək. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət